Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Note 7-nin satışı dayandırıldı

Note 7-nin satışı dayandırıldı

Dünya şöhrətli Samsung şirkəti “Galaxy Note 7” telefonlarının sahiblərinə təcili çağırış edib. Onlara tövsiyə olunur ki, akkumulyatorundakı problemlə əlaqədar telefonu dərhal söndürüb aldıqları mağazaya geri qaytarsınlar.

Azinforum.az  azadliq.org-a istinadən xəbər verir ki, şirkətin rəsmi saytında bu barədə məlumat yerləşdirilib. Məlumatda deyilir: “Bütün müştərilərimizə mübadilə proqramından faydalanmağı təkidlə tövsiyə edirik. Çünki sizin təhlükəsizliyiniz bizim üçün başlıca prioritetdir. Galaxy Note 7-nin satışı və təchizatı artıq dayandırılıb. Ancaq əgər siz artıq həmin qurğudan almısınısza, onda onu dəyişdirməyinizi israrla tövsiyə edirik”.

Tərslikdən bu Samsung əsas rəqibi Apple-in yeni iPhone 7-ni təqdim etməsindən bir neçə gün əvvələ təsadüf edib.

Cənubi Koreya şirkətinin bu elanı yayması hava yolları şirkətlərinin öz sərnişinlərinə təyyarədə olarkən sözügedən smartfondan istifadə etməməsi barədə xəbərdarlığı ilə eyni vaxta təsadüf edir.

Galaxy Note 7 istifadəçilərinin bir çoxu enerji yığarkən telefonun batareyasının alışması ilə bağlı şikayət etmişdi. Bunun ardınca Samsung araşdırmalara başlamışdı. Bir müddət sonra isə həmin telefonları batareyasındakı qüsurlara görə geri çağırmışdı. Bu, hələ də insanların istifadəsində olan milyonlarla həmin modelin potensial təhlükə mənbəyi kimi risk daşıdığı anlamına gəlirdi. Xüsusilə də hava yolu şirkətləri üçün.

Bunu nəzərə alan Amerikanın Federal Aviasiya Administrasiyası cümə axşamı belə bir bəyanatla çıxış etmişdi: “Galaxy Note 7 ilə əlaqədar son insidentləri və Samsung şirkətinin narahatlıqlarını nəzərə alaraq, sərnişinlərə təkidlə məsləhət görürük ki, təyyarədə olarkən bu telefonları bağlı saxlayın. Hər hansı enerji mənbəyinə taxmayın və baqaja verməyin”.

Hava yolu şirkətləri Note 7-ni təyyarədə olarkən işə salmamağa çağırıb

Bəzi beynəlxalq hava yolu şirkətləri bununla bağlı hətta konkret addımlar da atıblar. Məsələn, Singapore Airlines, Qantas və Virgin Australia şirkətləri sərnişinlərə Note 7-ni təyyarədə olarkən işə salmamağa çağırıb. American Airlines da hava limanında ikən Note 7 smartfonu olan sərnişinlərindən onu söndürmələrini tələb edəcəyini bildirib.

Samsung-un vətəni Cənubi Koreyanın aparıcı hava yolu şirkəti Korean Air isə öz təyyarələrində Note 7-dən istifadəylə bağlı hələlik hər hansı məhdudiyyət tətbiq etmək niyyətində olmadığını açıqlamışdı. Ölkənin Torpaq, İnfrastruktur və Nəqliyyat naziri cümə günü bildirmişdi ki, sərnişinlərin sözügedən telefonu təyyarəyə gətirməsinə və ya uçuş zamanı onu hər hansı enerji mənbəyinə taxmasına qadağa qoymayacaqlar. Doğrudur, bu açıqlamalar Samsung-un istifadəçilərinə təcili çağrısından əvvəl verilmişdi.

Telefonlar yenisi ilə əvəz ediləcək

Samsung bir həftə öncə Galaxy Note 7-nin satışını dayandırıb. 10 ölkədən, o cümlədən Cənubi Koreya və Birləşmiş Ştatlardan həmin modeldən olan 2.5 milyon telefonu geri çağırmışdı. Həmin telefonlar yenisi ilə əvəz ediləcək.

Şirkət rəsmiləri istifadəçilərin şikayəti ilə bağlı araşdırma apardığını və çox az sayda telefonun batareyasında qüsur aşkarladığını açıqlamışdı. Tərslikdən bu utancverici açıqlama Samsung-un yeni smartfon təqdimatından iki həftə sonraya, onun əsas rəqibi Apple-ın yeni iPhone 7-ni təqdim etməsindən isə bir neçə gün əvvələ təsadüf edib.

ABŞ da Note 7 smartfonlarının təyyarədə daşınmasına qadağa qoyula bilər.

Cümə günü Cənubi Koreya birjasında Samsung-un səhmlərinin qiyməti 3.9% aşağı düşüb.

ABŞ-ın federal daşıma qaydaları mobil telefonlarda və buna bənzər qurğularda lithium batareyalarının təyyarədə daşınmasına icazə verir. Ancaq son xəbərlərdən sonra ölkə miqyasında Note 7 smartfonlarının təyyarədə daşınmasına qadağa qoyula bilər. Belə qadağa qoymaq səlahiyyəti isə İstehlakçı Məhsulunun Təhlükəsizliyi Komissiyasındadır. Ancaq komissiya hələlik məsələylə bağlı hər hansı rəsmi münasibət bildirməyib.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın