Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Bakıda özünü dənizə ataraq intihar edən şəxs 4 uşaq atası olub – VİDEO

Bakıda özünü dənizə ataraq intihar edən şəxs 4 uşaq atası olub – VİDEO

Dünən axşam saatlarında Bakı bulvarında özünü dənizə ataraq intihar edən 39 yaşlı Osmanov Kərəm Oruc oğlu 4 uşaq atası olub.
Azinforum.az lent.az-a istinadən xəbər verir ki, İsmayıllı rayonunun Mücü kəndindən olan K.Osmanov Bakıda kirayə yaşayırmış və günəmuzd usta-fəhlə işi ilə məşğul olurmuş.
K.Osmanovu tanıyanlar onu sakit təbiətli şəxs kimi xarakterizə edib və maddi çətinliklərinin olduğunu deyiblər.
Dünən depressiv halda bulvara gələn 39 yaşlı şəxs burada özünü dənizə ataraq həyatına son qoyub. Hadisə şahidləri dənizə xilasedici ip atsalar da, o, bundan imtina edib və suyun dibinə enib. Bir qədər sonra isə K.Osmanovun meyiti sudan çıxarılıb.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın