Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / 7 yaşlı uşağı valideynləri işgəncə ilə öldürdü, cəsədini isə … – Qan donduran vəhşilik

7 yaşlı uşağı valideynləri işgəncə ilə öldürdü, cəsədini isə … – Qan donduran vəhşilik

Amerikanın Kansas əyalətində yaşanan hadisədə 7 yaşlı Adrian ögey anası Heather Jones və doğma atası Michael Jones tərəfindən ağılasığmaz işgəncələrə məruz qaldı. Vəhşiliyin qan donduran detalları ortaya çıxdı. Məhkəmə ər-arvadın cəzasını açıqladı.
Adrian Jonesin gülümsəməsi, öz atası və ögey anasının qorxunc işgəncələrindən sonra soldu. 7 yaşındakı uşaq aclıqdan bir dəri bir sümük qaldı və həyatını itirdi. Amma vəhşilik bununla da bitmədi.
İngilis qəzeti Daily Mirrorda yazılan xəbərə görə, talesiz uşağı kəsmə taxtalara bağlayan, aç saxlayan, saatlarla soyuq havada çöldə buraxan canavar cütlük, etdikləri hər vəhşi hərəkətin  şəklini çəkərək kompyüterə qeyd ediblər.
Ortaya çıxan fotoşəkillərin birində, kiçik uşağın evin bağçasında zibil dolu hovuzda buz kimi suyun içində saatlarla saxlandığı göründüyü kimi, zəifliyi də diqqətlərdən qaçmır. Bütün bu qorxunc detallar vəhşiliyin yaşandığı ev sahibinin  kompüterinə baxılarkən ortaya çıxıb.
Kiçik uşaq 2015-ci ildə itmiş, cəsəd parçaları isə donuz qəfəsinin ətrafında tapılmışdı. Bu istiqamətdə aparılan araşdırmalarda kiçik uşağın öldükdən sonra cəsədinin donuzlara yedirildiyi ortaya çıxdı.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın