Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Zabit Səmədovun “Torqovı”da gəzintisi izdihama səbəb oldu

Zabit Səmədovun “Torqovı”da gəzintisi izdihama səbəb oldu

WBC Muaythai üzrə dünya çempionu Zabit Səmədov Bakının mərkəzində gəzintiyə çıxıb.

Baku.ws xəbər verir ki, may ayının 13-də İstanbulda Gebze İdman Sarayında keçiriləcək görüş öncəsi doğma Vətəninə gələn idmançıya həmyerlilərimiz böyük maraq göstəriblər.

“Torqovı”da gəzintiyə çıxan Zabitə onlarla insan yaxınlaşıb və onunla şəkil çəkdirmək, imza almaq istəyib. Zabit heç kəsin qəlbini qırmayıb və onu sevənlərlə şəkil çəkdirib.

Bir müddətdən sonra Zabitin ətrafına o qədər insan toplaşıb ki, idmançı hərəkət etməkdə çətinlik çəkib.

Azərbaycanı layiqincə təmsil edən Zabitə xalq da lazımi qiymət verir. Bayrağımızı idman arenalarında dalğalandıran Zabitin Bakıda gəzintisi izdihama səbəb olub.

Belçikadan olan idmançı Frederik Sinistra ilə qarşılaşma öncəsi Bakıda hazırlıqlarını davam etdirən idmançı böyük günü gözləyir.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın