Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / 13 polisi öldürən terrorçu qadın paltarında tutuldu

13 polisi öldürən terrorçu qadın paltarında tutuldu

Türkiyə ilə Naxçıvan Muxtar Respublikasının sərhəddində 13 polisin şəhid olmasında şübhəli bilinən əsas terrorçu həbs edilib.

Azvision.az türk mətbuatına istinadən xəbər verir ki, Yakup P. iki dəfə qadın paltarı geyinərək hüquq-mühafizə orqanlarının əlindən qaça bilmişdi.

Lakin sonuncu dəfə onun planı alınmayıb. Terrora qarşı Mübarizə İdarəsinin əməkdaşları əsas şübhəlini saxlaya bilib. O, qadın paltarında yataqda gizləndiyi yerdən çıxarılıb.

Qeyd edək ki, hadisə İğdırda Dilucu Sərhəd keçid məntəqisnin yaxınlığında qeydə alınıb. Belə ki, yolun kənarında dayanan və içərisində 5 ton partlayıcı maddə olan yük maşını partladılıb. Bu zaman həmin ərazidən sərhəddə işləyən polisləri aparan avtobus keçirmiş. Zərbənin gücündən avtobusda olan 13 polis şəhid olub. Hadisə ilə bağlı yük maşınını sürücüsü və Yazlık Köyünün muxtarı həbs edilib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın