Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Əbülfəs Qarayev kadr dəyişikliyi etdi – Təyinatlar

Əbülfəs Qarayev kadr dəyişikliyi etdi – Təyinatlar

İmişli rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri və Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru vəzifələrinə yeni təyinatlar olub.

Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru vəzifəsinə Rüfət Nuriyev təyin edilib. O, bu vəzifəyə təyin edilənədək Mədəniyyət və Turizm Nazirliyinin Tarixi-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin müdiri olub.

Mədəniyyət və Turizm Nazirliyinin və İmişli rayon İcra Hakimiyyətinin birgə qərarına əsasən, Nazim Əzimov İmişli rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Azərbaycan Respublkası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu olan N.Əzimov bu vəzifəyədək İmişli rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və hümanitar şöbəsinin baş məsləhətçi vəzifəsində çalışıb.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov Trend-ə yeni təyinatlarla bağlı məlumatları təsdiqləyib.

Qeyd edək ki, İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Süleyman Bəşirov ötən ilin sonunda şöbənin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə vəzifəsindən azad olunmuşdu.

Müvafiq qanunvericiliyin tələbi nəzərə alınaraq, 65 yaşının tamam olmasına görə Zərdab Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Eldəniz Abdullayev vəzifəsindən azad edilib.

Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Məlahət Fərəcova işində yol verdiyi nöqsanlara və fəaliyyətsizliyə görə vəzifəsindən azad olunmuşdu.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın