Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Ərindən boşandığı üçün özünü qatarın altına atdığı deyilirdi, amma…

Ərindən boşandığı üçün özünü qatarın altına atdığı deyilirdi, amma…

Şəmkir rayonunda qatarın qadını vurması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

“ Azinforum.az ” ın “Report”a istinadən məlumatına görə, 1993-cü il təvəllüdlü Pərvanə İsmayılovanın həyat yoldaşından boşandığı üçün özünü qatarın altına atdığı bildirilib. Ancaq 24 yaşlı qadın ərindən 2 il əvvəl boşanıb. Onun bu evlilikdən bir qızı və bir oğlu var.

Bu gün isə P.İsmayılova ata evində qardaşının ad günü mərasimi keçirilərkən süfrəyə qoyulması üçün bəzi meyvə şirələri alınmalı olub. Anası bunun üçün onu mağazaya göndərib. Onun dəmir yolu reysinin üzərindən keçmək istəyərkən ehtiyatsız davrandığı və hərəkətdə olan yük qatarı tərəfindən vurulduğu ehtimal edilir. Bu baxımdan P.İsmayılovanın iki il əvvəl boşandığı həyat yoldaşına görə özünü qatarın altına atması həqiqətə uyğun deyil.

Şəmkir Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı yaxınların və hadisə şahidlərinin ifadələri alınır və istintaq aparılır.

Qeyd edək ki, P.İsmayılova ağır bədən xəsarətləri alıb və hazırda Gəncə şəhərindəki xəstəxanalardan birində müalicə olunur.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın