Ana səhifə / Aktual / YAP-ın Ağdam rayon təşkilatının sədri məhkəməyə verildi – dəymiş ziyana görə

YAP-ın Ağdam rayon təşkilatının sədri məhkəməyə verildi – dəymiş ziyana görə

YAP Ağdam rayon təşkilatının sərdrinə qarşı məhkəmə iddiası qladırılıb. Bu barədə Azinforum.az-a məlumatı əslən həmin rayonun Qiyaslı kəndindən olan Abdullayev Sadiq Mürşüd oğlu verib.

Şikayətçinin sözlərinə görə, YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyevin  Tural adlı oğlu ona məxsus olan avtomobili aşırdaraq yararsız hala saldıqdan sonra, dəymiş maddi ziyanı ödəmək istəmir: “Mənim özüm də YAP-ın üzvüyəm. Bu partiyaya sonsuz məhəbbətim var, ancaq İskəndər Quliyev partiyada tutduğu mövqeyindən istifadə edərək, mənə qarşı haqsızlıq edir. Hətta biz dəyən zərərin yarısının ödənilməsinə də razı olduq. İskəndər müəllim isə deyir ki, gedin nə bilirsiniz edin. Son ümid yeri kimi məhkəməyə üz tutmuşuq. Hazırlıq iclası iyulun 3-nə təyin edilib. İşə Ağdam rayon məhkəməsində baxılacaq”.

Qeyd edək ki, həmin qəzanın necə törədilməsi və ondan sonra yaşananlarla bağlı bir müddət əvvəl Azinforum.az-da zərərçəkən Abdullayev Sadiqdən geniş müsahibə dərc edilmişdi.  Həmin yazını bu linkdən oxuya bilərsiniz : https://www.azinforum.az/?p=7649

Bizdə olan məlumata görə, həmin yazı YAP-ın mərkəzi rəhbərliyini də ciddi narahat edib və çox güman ki, Avropa Oyunlarından sonra bu məsələ YAP  səviyyəsində də araşdırılacaq. Çünki dəfələrlə Prezident öz çıxışında məmurlara öz ovladlarının əməllərinə nəzarət etmələrilə bağlı ciddi tapşırıqlar verib. İskəndər Quliyev məmur olmasa da, YAP-ın ən yuxarı şəxsləri tərəfindən verilən təlimatlara uyğun hərəkət etməyə borclu olan görəvi daşıyır.

Rövşən ƏLİ,

Azinforum.az

Tural Quliyevin aşırdığı maşının qəzadan sonrakı vəziyyətini əks etdirən videogörüntü:

tur

 

tur1

 

 

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …

Bir cavab yazın