Şənbə , Dekabr 5 2020
Ana səhifə / Ülkər İsayevanın yeni videoları üzə çıxdı (VİDEOLAR)

Ülkər İsayevanın yeni videoları üzə çıxdı (VİDEOLAR)

“Xəzər” rektorunun qızına həsr olunan mahnıya klip çəkilib – Aydın, parlaq Ülkərim

Rektorun qızı 60-cı illərə “qayıdıb”

Novruz bayramından öncə döyülmə xəbəri və videosu ilə gündəmə gələn Xəzər Universiteti rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva mövzusu səngiyib. Amma musavat.com Ü.İsayeva ilə bağlı internetdə yayılmış yeni videoları əldə edib, oxuculara çatdırır. 
Birinci video “Aydın-Parlaq Ülkərim” adlanır. Bu, Aydın Əhmədzadə ilə Ülkər İsayevanın toy görüntülərindən(cütlük artıq boşanıb) ibarət klipdir. Bu, daha öncə mediada yayılan toy klipindən fərqlidir və içində yeni detallar var. Klip Miri Yusifin “Bu həyat bizim” mahnısının sədaları altında təqdim olunub.
İkinci video isə elə Miri Yusifin sözügedən klipidir. Videodan məlum olur ki, “Bu həyat bizim” mahnısının söz və musiqisi A.Əhmədzadəyə məxsusdur. Əldə etdiyimiz məlumata görə, bu mahnı Ü.İsayevaya həsr olunub.
Musavat.com-un üzə çıxardığı üçüncü videoda isə A.Əhmədzadə ilə Ü.İsayevanın 60-cı illər stilindəki nikah mərasimi səhnələşdirilib. Videoda cütlük 60-cı illərin dəbinə uyğun davranıb, nikah mərasimini isə teatrallaşdırıblar, nəticədə ortaya ilginc mənzərə çıxıb.
Sevinc 

Həmçinin oxuyun

Məşhur amerikalı jurnalist Bakıya gəlir – VİDEO

Amerikalı jurnalist və televiziya aparıcısı Con Kelvin Betçelor Bakıya gəlir.  Bu barədə o özü şəxsi …

Bir cavab yazın