Cümə , Avqust 23 2019
Ana səhifə / “Toylara heç getməyəcəyəm” – Əməkdar artist

“Toylara heç getməyəcəyəm” – Əməkdar artist

Əməkdar artist Zöhrə Abdullayeva toylardan imtina edib.

O, bir daha heç bir toya getməyəcəyini bildirib:

“Məni toylardan küsdürdülər, ona görə də heç bir toya getmirəm. Hal-hazırda Məhərrəm ayıdır, amma bu ay başa çatandan sonra da heç getməyəcəyəm. Toylarda əvvəlki səviyyə yoxdur. İnsanların musiqi duyumu yoxdur. Onlara lazımdır ki, səs gəlsin, düşüb ortalığa oynasınlar. Vergilər Nazirliyi də bilsin ki, toylara getməyəcəyəm. Bir-iki yerdə görə bilərlər, o da ki dost-tanış toyları ola bilər ki, qonaq gedim. Bir də görürsən ki, ifa edən yerdə gəlib deyirlər ki, bir az şux mahnı oxuyun da. Bu adam ritmi, musiqini duya bilmir. Məni duymayan toylara niyə getməliyəm ki?”

“Bəs qazancı necə əldə edəcəksiz?” sualına isə müğənni bu cür cavab verib:

“Allah mənim oğluma, gəlinimə can sağlığı versin. Mən elə darda deyiləm ki. Nəyim var bəsimdir. Sovet adamıyam, hər halda dar günümü düşünmüşəm. Kasıb qadın deyiləm. Nə qədər yaşasam, geyinməyə pal-paltarım var”.(Milli.Az)

Həmçinin oxuyun

Sabiq baş prokuror Eldar Həsənovun qohumlarının və Zakir Fərəcovun qardaşı oğlunun araq biznesi

Azərbaycanın sabiq baş prokuroru Eldar Həsənovun yaxın qohumlarının araq biznesi ortaya çıxıb. Araşdırmaçı jurnalist Cavanşir …

Bir cavab yazın