Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə CHP sədrinin müavini silahlı hücum nəticəsində yaralanıb

Türkiyədə CHP sədrinin müavini silahlı hücum nəticəsində yaralanıb

Türkiyənin əsas müxalifət partiyalarından biri Cümhuriyyət Xalq Partiyası (CHP) sədrinin müavini Bülənt Tezcan silahlı hücum nəticəsində yaralanıb.  “Hurriyet” yazır ki, naməlum şəxsin atəş açması nəticəsində siyasətçi ayağından yaralanıb.

Hadisə Bülənt Tezcanın Aydın əyalətində restoranda olduğu zaman baş verib. Hücum edən şəxslər atəş açdıqdan sonra şüar səsləndiriblər və hadisə yerindən uzaqlaşıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın