Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Aktual /  ŞAKİR MUSAYEVİN FAİZƏ PUL VERƏN İŞÇISI MƏHKƏMƏNİ NECƏ UDUB? – HAKİM  PƏRVİZ HÜSEYNOVDAN ŞİKAYƏT

 ŞAKİR MUSAYEVİN FAİZƏ PUL VERƏN İŞÇISI MƏHKƏMƏNİ NECƏ UDUB? – HAKİM  PƏRVİZ HÜSEYNOVDAN ŞİKAYƏT

Azinforum.az -a Nəsimi Rayon Məhkəməsində hakim Pərviz Hüseynovun icraatında olan mülkü işlə bağlı çıxarılan qətamədən şikayət məktubu daxil olub. Qeyd edək ki, həmin proses üzrə iddiaçı qismində iki bacı –  Səmədova Ceyran Adilxan qızı və Eyvazova Hacıxanım Adilxan qızı çıxış edib.

İddianın mahiyyəti ondan ibarətdir ki,  Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin işçisi olan  Səmədova Ceyran Adilxan qızı  və onun bacısı orta məktəbdə müəllimə işləyən xalası qızı – Məmmədova Kamilə adlı şəxsə qarşı borcun ödənilmədiyinə dair pul iddiası qaldırıb. Cavabdeh tərəf isə bildirir ki, o, Ceyran və onun tibb bacısı işləyən Hacıxanım adlı bacısından faizə pul götürərək iş yoldaşı Abbasova Rəfiqə Nadir qızına verib. Uzun sürən məhkəmə çəkişməsindən sonra, Nəsimi rayon Məhkəməsinin hakimi Pərviz Hüseynov çıxardığı qətnamə ilə  Məmmədova Kamilə Azad qızından 30830 manat pul alınaraq iddiaçılara verilməsini qət edib. Ancaq cavabdeh kimi göstərilən Məmmədova Kamilənin həyat yoldaşı və qanuni nümayəndəsi Azər Məmmədov Azinforum.az-a açıqlamasında bildirdi ki, onlar hakim Pərviz Hüseynovun çıxardığı qərardan narazıdırlar:

 

shak

“Məhkəmə təqdim etdiyimiz sübutlara məhəl qoymadan belə qərar verib. Bizdə bacıların pulu faizə verdikləri və həmin pulun artıqlaması ilə geri almaqlarına dahir çoxsaylı sübutlar  var. Onların hamısını məhkəməyə təqdim etmişik. Eyni zamanda,  iddiaçı olan bacılardan faizə pul götürən canlı şahidlərin ifadələrinə də məhkəmə lazımi şəkildə qiymət vermədi. Məlum qərarın bəzi subyektiv prinsiplərə əsaslanaraq çıxarıldığına dair əsaslarım var. Mən saytınız vasitəsilə Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova müraciət edirəm və onun nəzərinə çatdırıram ki, hakim Pərviz Hüseynov barəsində bu işlə bağlı xüsusi araşdırılma aparılsın. Belə hakimlərin çıxardığı qərəzli qərarlar vətəndaşların məhkəmələrə olan inamını sarsılda bilər. Mən, Fikrət Məmmədova artıq bununla bağlı yazılı şəkildə müraciət etmişəm. Eyni zamanda,  qətnamədən daha yuxarı instansiya sayılan Apelliyasiya Məhkəməsinə şikayət etmişik. İddiaçılardan biri olan- Səmədova Ceyran Adilxan qızı Şakir Musayevin işçisidir. O, hər zaman məni işlədiyi yerin və rəhbərinin adı ilə hədələyirdi. Bu gün görürəm ki, dediklərində həqiqət varmış. Çünki hakim çıxardığı ədalətsiz qətnamə ilə bizi şərləyənlərə hüquqi dəstək vermiş oldu”.

 

pul

 

Azinforum.az-a həmçinin məlum olub ki, Məmmədova Kamilənin hüquqlarının müdafiəsinə Azərbaycanın ən tanınmış vəkillərindən biri sayılan Mehman Muradlı da qoşulub. Vəkil Azinforum.az-a bildirdi ki, artıq Kamilə xanımın adından ona etibarnamə verilib: “Mən işlə tanış oldum. Çox biabırçı, heç bir qanuni əsaslara söykənməyən  bir qətnamə çıxarılıb.  Təqdim olunan sənədlərdən də görünür ki, dövlət işində çalışan şəxslər faizə pul verməklə məşğul olublar. Onların belə işlə məşğul olmasına icazə verən heç bir icazəsi yoxdur. Bu da qanunsuz sahibkarlıq fəaliyyəti anlamına gəlir. Təəssüf ki, məhkəmənin çıxardığı qərarda bununla bağlı heç bir araşdırılma aparılmayıb.  Razılaşmadığımız və qətnaməni əsassız saydığımız başqa əsaslarımız da var ki, onu da verəcəyimiz Apelliyasiya şikayətimizdə təqdim etmişik.

muradli

Azinforum.az cavabdeh tərəfin Apelliyasiya şikayətini təqdim edir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına

Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin (hakim Pərviz Hüseynov) 10 fevral 2016-cı il tarixli 2(006)-339/2016 saylı qətnaməsindən iş üzrə cavabdeh Məmmədova Kamilə Azad qızının nümayəndəsi Mehman Muradlı tərəfindən

A P E L L Y A S İ Y A   Ş İ K A Y Ə T İ

Bakı şəhəri, Nəsimi rayon Məhkəməsi (hakim Pərviz Hüseynov) 10 fevral 2016-cı il tarixli 2(006)-339/2016 saylı qətnaməsi ilə iddiaçılar Səmədova Ceyran Adilxan qızı və Eyvazova Hacıxanım Adilxan qızının nümayəndəsi olduğum Məmmədova Kamilə Azad qızına qarşı 31400 manat məbləğində və ödənilmiş 30 manat “pul” tələbinə dair iddiası qismən təmin edərək cavabdeh  Məmmədova Kamilə Azad qızından 30800 manat məbləğində pul, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 30830 manat pul alınaraq iddiaçıları verilməsini qət etmişdir.

Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir.

İddiaçılar iddiası onunla əsaslandırmışdılar ki, cavabdeh iddiaçılardan ayrı ayrı vaxtlarda 31400 manat məbləğində pul borc götürmüş və üzərinə götürdüyü öhdəliyi icra etməmişdir.

İdia ərizəsindən və iddiaçıların verdiyi izahatdan da görünür ki, onlar cavabdehə 10000 manat borc vermişdilər. Sonra başqa-başqa vaxtlarda pul vəsaiti vermişdilər. İddiaçıların iddia etdiyi ümumilikdə verdikləri məbləğ 38400 manat olmuşdur.

Lakin məhkəmə araşdırması zamanı cavabdeh ona 10000 manat verdiyini və həmin məbləği iddiaçılara artıqlaması ilə qaytardığını bildirmişdir.

Məhkəmə araşdırması zamanı şahid qismində ifadə vermiş Abbasova Rəfiqə, Hacıyeva Yeganə və Quluzadə Səlim bildirmişlər ki, iddiaçılar faizlə pul verirlər.

Daha sonra hakim iş materiallarında olan skyupe vasitəsiylə danışığından məlum olmuşdur ki, borc 30800 manatdı.

Lakin məhkəmə araşdırması zamanı hakim konkret olaraq hansı iddiaçıdan nə qədər məbləğdə pul alındığını araşdırmamış və bununla səhv nəticəyə gələrək əsassız qətnamə çıxarmışdır.

Daha sonra bildirmək istəyirəm ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçılar həmin məbləği aylıq 10% olmaqla faizə vermişdilər. Hətta hakim işi diqqətlə araşdırsaydı məlum olacaqdı ki, iddiaçılar faizə faiz hesablamış və nəticədə 10000 manatı şişirdərək 50000 manata yaxın məbləğə qaldırmışdır.

Məhkəmə bu məsələləri araşdırmaq əvəzinə mülki qanunvericiliyin normalarını düzgün tətbiq etməyərək qanunsuz qətnamə çıxarmışdır.

Belə ki, hakimin istinad etdiyi mülki məcəllənin 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Hakim maddənin 2-ci hissəsini araşdırmamışdır. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, qeyd edə bilərik ki, pul formasında əmlakın borc verilməsinə əsaslanan kredit müqaviləsi yazılı qaydada bağlanmalıdır.

Hakim qanunsuz qətnaməsini iddiaçıların iş materialına əlavə elədikləri skyupe yazışmasına istinad etmişdir.

Azərbaycan Respublikası MPM-nin 89.2-ci maddəsinə əsasən Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.

Məhkəmə araşdırması zamanı skype yazışmasının həqiqiliyi yoxlanılmamışdır.

Azərbaycan Respublikası MPM-nin  385-ci maddəsində məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar

385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

385.1.3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;

385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

Göründüyü kimi məhkəmə Azərbaycan Respublikası Mülki Prоsessual Məcəlləsinin məhkəmə qətnaməsi barədə оlan 217-218 və 219-cu maddələrinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 nоyabr tariхli 4 nömrəli qərarın tələblərinə riayət etməmişdir.

Azərbaycan Respublikası Mülki Prоsessual Məcəlləsinin 385.1 və 385.1.1-ci maddələrinə görə maddi hüquq və prоsessual hüquq nоrmalarının pоzulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq nоrmaları о halda pоzulmuş və ya düzgün tətbiq оlunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraхsın, tətbiq edilməli оlan qanunu və ya digər nоrmativ hüququi aktı tətbiq etməsin, yaхud qanunu səhv təfsir etsin.

Məcəllənin 387.1-ci maddəsinə görə prоsessual hüquq nоrmalarının pоzulması və düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız о halda əsas оla bilər ki, bu, düzgün оlmayan qətnamənin qəbul edilməsinə səbəb оlsun.

Qeyd etdiklərimə əsasən hesab edirəm ki, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 10 fevral 2016-cı il tarixli 2(006)-339/2016 saylı qətnaməsi ləğv edilməlidir.

Odur ki, Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrinin tələbinə əsasən

X A H İ Ş    E D İ R Ə M:

Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 10 fevral 2016-cı il tarixli 2(006)-339/2016 saylı qətnaməsi ləğv edərək, iddiaçıların iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qət edəsiniz.

Qoşma: 1. Apellyasiya şikayətinin cavabdeh üçün nüsxəsi

Nümayəndənin etibarnaməsi
dövlət rüsumunun ödənilməsinə dair qəbz

Xəqani QORXMAZ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Daşaltı: 29 ildən sonra baş tutan qisas — VİDEO

Baku TV-də yayımlanan “Qarabağ xronikası” verilişinin dördüncü buraxılışı efirə gedib. Verilişin aparıcısı, hərbi jurnalist Fərdin …

Bir cavab yazın