Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “25 yaşında deputat ola bilər, prorektor yox?”

“25 yaşında deputat ola bilər, prorektor yox?”

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynlinin 25 yaşlı oğlunu prorektor vəzifəsinə təyin etməsi mediada geniş müzakirələrə səbəb olub.

“Qafqazinfo” məsələ ilə bağlı universitetin mətbuat və informasiya xidmətinin rəhbəri Şəfayət Əliyev ilə əlaqə saxlayıb. Mətbuat katibi bildirib ki, burada qeyri-adi heç bir hal yoxdur:

“Günhan Hüseynli 22 yaşında İqtisad Universitetini bitirib. Çox intellektli bir gəncdir və universitetdə İnzibati işlər üzrə prorektor vəzifəsini yüksək səviyyədə icra edir. Bu vəzifəni yerinə yetirmək üçün nə hər hansı bir şərt tələb olunur, nə də ki yaş məhdudiyyəti. Tələbələr arasında da çox sevilir və böyük məktəb keçib. YAP-ın Gənclər Təşkilatının İdarə heyətinin üzvüdür. Burada qeyri-adi nə var axı? Son illər ölkəmizdə gənc kadrlara üstünlük verilir. Bu, bizim universitetimizin də qarşıya qoyduğu prioritet məsələlərdəndir. Necə olur ki, 24-25 yaşında deputat ola bilər, prorektor ola bilməz? Yəqin ki, bu məsələnin gündəmə gətirilməsində başqa səbəblər var”.

Qeyd edək ki, rektor Nazim Hüseynlinin 25 yaşlı oğlunu prorektor vəzifəsinə təyin etməsi ilə bağlı ilk xəbər Axar.az saytında yayımlanıb. 1991-ci il təvəllüdlü Günhan Hüseynli artıq 3 ildir ki, universitetin İnzibati idarəetmə üzrə prorektor vəzifəsini icra edir. M.Rüstəmov adına 32 saylı orta məktəbi, 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası üzrə bitirib.

 

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın