Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / Sabiq dövlət müşavirinin oğlundan növbəti QƏLƏBƏ 

Sabiq dövlət müşavirinin oğlundan növbəti QƏLƏBƏ 

Sabiq dövlət müşaviri, tanınmış politoloq Qabil Hüseynlinin oğlu Toğrul Hüseynli bu günlərdə növbəti böyük uğura imza atıb.
Bu barədə Azinforum.az-a məlumatı Toğrul Hüseynlinin ailəsindən veriblər.  Bildirilir ki, o, Ukraynanın Suma şəhərində keçirilən pianoçuların  9-cu  beynəlxalq yarışmasında  həmkarları üzərində parlaq qələbə qazanıb. İki turdan ibarət müsabiqədə Toğrul öz ifası ilə münsiflər heyətini sözün həqiqi mənasında valeh edib. Gənc pianoçumuz o qədər gözəl nəticə göstərib ki, 8 ölkəni  təmsil edən 11 münsif  onu birinci yerlə yanaşı, “Qran-pri”yə də layiq görüblər. Toğrula Kiyev Dövlət Sinfonik Orkestri ilə solo konsert vermək də təkilif edilib. O, bu təklifi qəbul edib.
Eyni zamanda , onun gələn il bu formatda  keciriləcək  yarışmada münsif  kimi  iştirak etməsi arzulanıb.
Qeyd edək ki,  Almaniyanın Köln Musiqi Akademiyasının 4-cü kurs tələbəsi olan Toğrul Hüseynli beynəlxalq arenada qazandığı uğurlar bununla bitmir.
O, ötən ilin noyabrın 6-da Azərbaycan Dövlət Filarmoniyasında solo konsert proqramı ilə çıxış etdikdən sonra,  İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən «Beynəlxalq piano festifalı»nda qüvvəsini sınayıb. Olduqca nüfuzlu yarışmada dünyanın müxtəlif ölkələrindən tanınmış pianoçular qatılıb. Onların sırasında ən gənci Toğrul olub. 4 mərhələdən ibarət olan yarışmanın sonuncu mərhələsinə 3 pianist çıxa bilib. Onlardan biri də 20 yaşlı Toğrul Hüseynli olub. Münsiflər heyətində təmsil olunan məşhur pianoçular Toğrulun ifasını yüksək qiymətləndirərək onu ikinci yerlə layıq biliblər. Hətta münsifləri ifası ilə valeh edən Toğrula gənc “virtuoz” deyə xitab da olunub. 
Toğrul Hüseynli Fərhad Bədəlbəylidən sonra Azərbaycan tarixində belə uğura imza atan ilk musiqiçidir.
AZİNFORUM.AZ
t1
t2

 

Həmçinin oxuyun

Nazirlər Kabineti pandemiya ilə bağlı qərarında dəyişiklik etdi

Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət …

Bir cavab yazın