Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / “Park Sinema”da SMS BONUS fırıldağı

“Park Sinema”da SMS BONUS fırıldağı

“Park Sinema”da yeni yaradılmış SMS BONUS sisteminin əslində işləmədiyi və müştərilərin aldadıldığı aşkarlanıb.

Azinforum.az xəbər verir ki,   Fuad Hacıyev adlı vətəndaşın sosial şəbəkədə paylaşdığı statusda bu barədə bəhs edir. O, aprelin 9-da “Park Sinema”da nümayiş edilən “Yarımdünya” filminə tamaşa etmək üçün online qaydada kinoteatra bilet alıb və reklam olunduğu kimi bonusdan istifadə etmək üçün sms gözləyib. Lakin sms vətəndaşa gəlib çıxmayıb. Filmi izləməyə gedərkən “Park Sinema” kassasına yaxınlaşıb online sifariş etdiyini və bu səbəbdən BONUS endiriminin olduğunu bildirəndə isə kassa işçiləri müvafiq sms-i təqdim etməyi tələb ediblər: “Kinoteatrın kassasından bildiriblər ki, sizə kod gəlməyibsə, bonus hüququndan yararlana bilməzsiz”. Belə olduqda F.Hacıyev bileti real qiymətə almaq məcburiyyətində qalıb. Səhəri gün isə onun telefonuna çoxdan gəlməli olan sms gəlib. Vətəndaş sual ünvanlayır: “Artıq bu sms mənim nəyimə lazımdır?” Hüquqlarının kinoteatr tərəfindən tapdalandığını deyən zəzərçəkən belə vəziyyətin bir neçə dəfə təkrarlandığını bildirib və əlavə edib ki, “sms və mail gec göndərməkləri bir yana, hələ üstəlik adamın üzünə dururular.”

Vətəndaş Sms -in onun telefonuna gecikərək gəldiyini əsas götürərək zərərə görə kinoteatrı ittiham edir və qanuni hüquqlarından istifadə edib “Park Sinema” barədə ölçü götürülməsini iddiası ilə mәhkәmәyә müraciәt etməyi planlaşdırır.

Rövşən ƏLİ

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın