Şənbə , Aprel 27 2024
Ana səhifə / Roman Abramoviç 3-cü arvadını da boşadı

Roman Abramoviç 3-cü arvadını da boşadı

“Chelsea”nin sahibi Roman Abramoviç və həyat yoldaşı Darya Jukova boşanmaq qərarına gəlib.
Goal.az xəbər verir ki, tərəflər bu barədə açıqlama ilə çıxış edib.

“10 illik birgə həyatdan sonra ayrılmaq qərarına gəldik. Amma yaxın dost, valideyn və birgə hazırlanan layihələrdə partnyor olaraq qalacağıq. Biz uşaqlarımızın tərbiyəçisi olacaq, Moskvadakı “Qaraj” müasir incəsənət muzeyi, Sankt-Peterburqda yerləşən Yeni Hollandiya adasındakı mədəniyyət mərkəzinin təsisçiləri olaraq qalacağıq” – bəyanatda deyilir.

Abramoviç və Jukovanın Aaron adlı oğlu və Leya adlı qızı var.

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …

Bir cavab yazın