Ana səhifə / Media / Abutalıbovun yaşadığı məhəllə susuz qalıb

Abutalıbovun yaşadığı məhəllə susuz qalıb

 

Suraxani Su İdarəsi şəhər merinin yaşadığı ərazinin su problemini həll etmək istəmir

Yay gələn kimi, paytaxt əhalisinin ən ciddi başağrısına çevrilən su problemi Bakı merinin evi yerləşən ərazidən də yan keçməyib. Sirr deyil ki, Hacıbala müəllimin şəxsi evi, yaxud evlərindən biri Suraxanı rayon Qaraçuxur qəsəbəsində yerləşir. Ona tez-tez burada rast gəlmək mümkündür. Ancaq bu fakt Suraxanı rayon Su İdarəsinin rəhbərliyini qəti narahat etmir.

Bilmirik şəxsən paytaxt merinin böyük ərazini əhatə edən hündür hasarlı malikanəsində hazırda su var, ya yox. Böyük ehtimalla oranı susuz qoymazlar. Ancaq Qaraçuxur qəsəbəsi Şərq Yaşayış Sahəsi döngə 7 ünvanında yaşayan sakinlər bildirir ki, yay gələndən, su üzünə həsrətdirlər.

Artrıq bir neçə ildir ki, eyni mənzərə təkrarlanır. Xüsusilə döngənin yuxarı hissəsində camaat ordan-burdan su daşımaqla məşğuldur. Ərazi az qala qaçqın düşərgələrini xatırladır. İnsanlar kapron qablarda uzaq məsasfələrdən əllərində su gətirmək məcburiyyətində qalıblar.

e1ba3df792c4Sakinlər deyir ki, həmin döngədə Hacıbala Abutalıbovun çox yaxın ailə üzvlərindən birinə aid ev də var.Hətta çox vaxt bu evə də su gəlib çıxmır. Buna səbəb kimi, suyun aşağı təzyiqdə verilməsi, ya da ümumiyyətlə verilməməsidir. Həmçinin, döngənin mərkəzi su xəttinə yaxın hissəsində su borusuna çoxlu sayda qanunsuz müdaxilələr edilmişdir ki, bu da su probleminin yaranmasının əsas səbəblərindən sayılır.

Sakinlərin “Azərsu”nun qaynar xəttinə və Suraxanı Su İdarəsinə çoxsaylı şikayətlərinə baxmayaraq, məsələ öz həllinin tapmır. Heç kim bu bu problemlə maraqlanmır, əraziyə sayğaclara baxmaq üçün gələn su idarəsi əməkdaşları isə əhalinin şikayətini eşidən kimi, aradan çıxırlar.

Görünür, sözsüz ki, Hacıbala müəllimin də xəbərdar olduğu bu problemin həll olunmamasının səbəbi təkcə məmur özbaşınalığı və əhaliyə qarşı saymazlıq deyil, həm də Suraxanı Su İdarəsinin şəhər merinə olan “münasibətidir”…

CƏLAL
AzPolitika.info

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın