Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / RƏŞAD MƏMMƏDOVLA BAĞLI MƏLUMATLARI NİYƏ SAYTLARDAN YIĞIŞDIRMAQ İSTƏYİRLƏR?

RƏŞAD MƏMMƏDOVLA BAĞLI MƏLUMATLARI NİYƏ SAYTLARDAN YIĞIŞDIRMAQ İSTƏYİRLƏR?

Azinforum.az xəbər verir ki, Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azimport” şirkətinin aparıcı siması Rəşad Məmmədovun həbsindən xeyli müddət  keçsə də, hələ ki, onunla bağlı məhkəmə prosesinin keçirilməsi gecikir.  

Xatırladaq ki, Rəşad Məmmədov həbs ediləndən sonra,  onun qanunsuz əməlləri ilə bağlı KİV-lərdə çeşidli məlumatlar dərc edilməyə başladı. Hətta Rəşadın anasının erməni millətinə mənsub olmasını iddia edən xəbərlərə də rast gəlindi.  Azinforum.az-ın əldə etdiyi xəbərə görə, yaxın günlərdə Rəşad Məmmədovun məhkəməsinin keçirilməsi gözlənilir ki, bu da bəzi dairələri hərəkətə keçirib. Əldə etdiyimiz dəqiq məlumata görə, bəzi şəxslər saytlarla əlaqə yaradaraq, Rəşad Məmmədovun barəsində yayılan tənqidi məqalələrin arxivlərdən yığışdırılmasına dair “işgüzar” təkliflər irəli sürürlər.  Qeyd edək ki, bu proseslər Eldar Mahmudov və dəstəsinin ifşasından əvvəl tam sürəti ilə cərayan etsə də, həmin prosesdən sonra bir qədər səngiyib.  Yəqin ki, hansısa dairələr Rəşad Məmmədovun adını “təmizləməklə” onun tezliklə azadlığa çıxmasına nail olmaq istəyirmış. Ölkədə böyük rezonans doğuran  Eldarqeyt hadisəsinin rəşadsevərlərin niyə arxa plana çəkilməsinə səbəb olması da maraqlı görünür.

Qeyd edək ki, Rəşad Məmmədovla bağlı işin istintaqını MTN aparırdı. Mövzuya qayıdacayıq…

Çinarə SEYİDOVA

AZİNFORUM.AZ

 

 

 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın