Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Azay Quliyevi kimlər və hansı məqsədlə hədəfə alır?! – Şuradan təxribat xəbərdarlığı

Azay Quliyevi kimlər və hansı məqsədlə hədəfə alır?! – Şuradan təxribat xəbərdarlığı

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və onu sədri Azay Quliyev haqqında mətbuatda hər hansı bir qaynaq göstərilmədən yayılan məlumatlara aydınlıq gətirilib.

Düzdür, elə bu xəbər yayılan kimi, QHT-lərə Dövlət Dəstəyi Şurasını elə ilk gündən bu məlumatları təxribat xarakterli sayaraq, Kütləvi İnformasiya Vasitələrindən diqqətli olmağı xahiş etdi. Səbəb, sosial şəbəkələrdə və bəzi internet mediasında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında yazılan təxribat xarakterli məlumat idi.

Sual olunur: niyə QHT Şurası və onun sədri Azay Quliyev hədəf seçilib? QHT sektorunun inkişafı istiqamətində son illərdə Şuranın atdığı addımlar, həyata keçirdiyi işlər bədxahlar tərəfindən niyə hədəfə alınır? Niyə Şura daha çox şantaja məruz qalır?

Məsələnin bir az dərinliyinə gedəndə bəzi mətləblər üzə çıxır. Əvvəla, Azay Quliyev 1 noyabrda parlamentə keçirilən seçkilərdə xüsusi fəallıq nümayiş etdirən, ən yaxşı seçki kampaniyası aparan və əksər seçicilərin rəğbətini qazanaraq qalib gələn azsaylı deputatlardan oldu. Bu görünür kimlərisə narahat edir.

İkinci, Şura Azərbaycanın milli maraqlarının ölkə içində və xaricdə qorunmasında vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini stimullaşdıran və onlara dəstək verən başlıca qurumdur. Şura yarandığı gündən dövlətçiliyimizin qorunması və daha da gücləndirilməsi, Dağlıq Qarabağ probleminin həlli, tariximizin, mədəniyyətimizin, eləcə də Azərbaycan həqiqətlərinin xaricdə tanıdılması istiqamətində Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasətdə hər zaman sistemli fəaliyyəti ilə seçilib.

Belə məqamda Şuranın hədəfə alınmasında gizli məqamları tutmaq elə də çətin deyil.

Misal üçün deyək ki, QHT-lərə təkcə ötən il ərzində xərclənən maliyyə vəsaiti 48 milyon dollar civarında dövr edir. Şuranın büdcəsi isə ötən il üçün 5 milyon manat olub. Sual olunur, qalan 43 milyon dolların hara və necə xərcləndiyini niyə düşünən yoxdur?

Niyə bu qədər açıq və şəffaf fəaliyyət göstərən Şura şantaj və böhtana məruz qalır, amma fəaliyyəti kifayət qədər qaranlıq olan və doğurdan da araşdırma tələb edən digər fondlar və qurumlar haqqında bir kəlmə də yazılmır? Kim məhz bunda maraqlıdır? Düşündürücü sualdır, deyilmi?

Bəlkə onlar reket jurnalistlərlə anlaşıblar? Yoxsa sifarişçilər belə məsləhət bilir?

Üçüncü, dövlət maraqlarını qoruyan qurumun “5-ci kalon” və xarici dəstəkçilərin buyruq quluna çevrilmiş media vasitəsilə “vurulmasına” əlavə nə izah verək? Erik From sözü ilə desək, “burada dayanıb, sizi güldürərdik”. Amma bəzi məqamlara konkret aydınlıq gətirmək lazım gəlir. Son “qara PR-spam”da qeyd olunan “faktlara” aydınlıq gətirmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının İcraçı direktoru Fərasət Qurbanovla əlaqə saxladıq.

Şura rəsmisi “yazılanlar”dan xəbərdar olduğunu və ümumiyyətlə belə cəfəngiyyata fikir bildirməməyə üstünlük verdiyini dedi. Davamlı olaraq Şuraya qarşı aparılan belə “Qara PR” kampaniyası zamanı Şuranın “iftira və böhtandır” deyib reaksiya verməməsi, qarşı tərəfin daha iyrəncliklərə əl atmasına rəvac vermirmi?

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Aktual.az-ın sualına cavab olaraq yazıda adı gedən şəxslərlə bağlı məsələyə aydınlıq gətirib:

“Aydın oldu ki, dünən yayılan spam – xəbərdə adı qeyd olunan “Quba Kənd Təsərrüfatına Dəstək” İctimai Birliyi heç vaxt vətənpərvərliklə bağlı layihə həyata keçirməyib. Bu təşkilat şimal regionunda sırf kənd təsərrüfatı mövzusunda layihələr icra edib. Belə yalan məlumatları yayanlar çox hallarda bilməzlikdən deyil, məqsədli şəkildə ictimai fikri çaşdırmağa çalışırlar”.

Daha sonra Fərasət Qurbanov bildirdi ki, şər və böhtan atanlar yazdıqları yalanın fərqinə varmadan onu da Azay Quliyevin yaxın qohumu kimi təqdim ediblər:

“Yazıda Şura Katibliyinin əməkdaşlarının 70 faizinin guya Azay Quliyevin qohumu olduğunu bildiriblər. Şuranın baş mühasibini sədrin baldızının həyat yoldaşı, Şuranın QHT Nəşriyyatının direktorunu qayınatası və məni isə Azay müəllimin kürəkəni kimi təqdim ediblər. Çox gülməlidir. Elə bilməyin ki, onlar bunun yalan olduğunu bilmirlər. Əksinə, bu yalanları yazmaqla həyata keçirdikləri çirkin kampaniyaya rəng qatmağa çalışırlar. Ancaq bununla əslində özlərini ifşa etdilər. Bizi tanıyanların hamısı bilir ki, nə baş mühasib Emin Məmmədov, nə də mənim Azay Quliyevlə heç bir qohumluğumuz yoxdur. Nəşriyyatın direktoru isə tamamilə başqa adamdır – Rafiq Hüseynovdur. O ki qaldı Azər Rəhimova, son 2 ayda başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi ilə işdən çıxan 4 əməkdaşımızdan biri də o olub. Onunla bağlı deyilənlər də növbəti yalandan başqa bir şey deyil”.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın