Çərşənbə axşamı , Oktyabr 22 2019
Ana səhifə / Aktual / Prezidentdən kəskin xəbərdarlıq: “Məmurlar bilsinlər, heç kim cəzasız qalmayacaq”- (VİDEO)

Prezidentdən kəskin xəbərdarlıq: “Məmurlar bilsinlər, heç kim cəzasız qalmayacaq”- (VİDEO)

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün səhər yanğın baş verən ərazidə olub. 

Azinforum.az   xəbər verir ki, daha sonra yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan Prezidentinin rəhbərliyi ilə ilk iclası keçirilib.

Prezident hadisənin baş verməsində təqsirli bilinən şəxslər barədə cinayət işinin qaldırıldığını və onların ciddi şəkildə cəzalandırılacağını deyib: “Əgər bütün işlər düzgün qurulsaydı, bu hadisə baş verməzdi. Azərbaycan vətəndaşları bilməlidir ki, günahkar və günahkarlar kimdir? Bu hadisəyə görə kim məsuliyyət daşıyacaq? Hər kəs nəticə çıxarmalıdır, hər bir məmur öz məsuliyyətini dərk etməlidir. Bir də qeyd edirəm ki, heç kim cəzasız qalmayacaq. Günahkarlar dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa ediləcək”.

 

Həmçinin oxuyun

“Biz hamımız gəmi kapitanının ətrafında sıx birləşmiş vahid komandanın üzvləriyik” – Deputat

“Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsi faktı müəyyən qüvvələri olduqca narahat edir. Ölkəmizdə asayişi …

Bir cavab yazın