Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Təbrizdə İran əleyhinə etiraz : Ruhaniyə qırmızı kart göstərildi – Videolar, Fotolar

Təbrizdə İran əleyhinə etiraz : Ruhaniyə qırmızı kart göstərildi – Videolar, Fotolar

İran prezidenti Həsən Ruhani dünən səfər etdiyi  Güney Azərbaycanın Təbriz şəhərində  sərt etirazlarla üzləşib.

Avropa.info  xəbər verir ki, bu haqda nüfuzlu Əl-Ərəbiyyə telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, Təbrizdə  xalqın qarşısında çıxış edən  Ruhani  gözlənilmədən protesto ilə üzləşib.  Ruhaninin çıxışı zamanı onun sözünü kəsən etirazçılar “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azərbaycan oyaqdır, Traktora dayaqdır”  şuarları  səsləndiriblər.
Təbrizin “Traktor Sazi”  futbol  klubu  ilə Tehranın  “Naft Tehran” klubu arasında keçirilən matç zamanı hakim saxtakarlığına etiraz edən  təbrizlilər, Ruhaniyə  simvolik olaraq  qırmızı kart göstəriblər.
Aksiya  etirazçıların Təbriz küçələrində şuarlar səsləndirməsi ilə davam edib.
Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın