Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Pərviz Abbasova hökm oxundu

Pərviz Abbasova hökm oxundu

Rüşvət ittihamı ilə həbs edilən “Yeni Klinika”nın direktoru Pərviz Abbasovun məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Pərviz Abbasov və onunla birlikdə ittiham olunan “Buta” Klinikasının həkimi işləmiş Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytarı Əvəz Hüseynov, “Avrasiya” klinikasının meneceri Vüsalə Əliyeva və Samir Mirzəyevə hökm oxunub.

Hökmdən öncə V.Əliyeva iki övladının olmasını və hazırda hamilə olduğunu əsas gətirərək şərti cəza istəyib.

Hökmə əsasən, sabiq direktor Pərviz Abbasov 8 il 6 ay azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslərdən Qalib Nəcəfov, Əvəz Hüseynov və Samir Mirzəyevin hər birinə isə 8 il həbs cəzası verilib. Avrasiya klinikasının meneceri Vüsalə Əliyeva isə iki il sınaq müddəti seçilməklə şərti cəza alıb.

Xatırladaq ki, həbs edilən şəxslər COVID-19 xəstəliyindən əziyyət çəkən şəxslərin “Yeni Klinika”ya yerləşdirilməsi müqabilində onların yaxınlarından pul almaqda ittiham olunublar. Onlar bu ilin aprelində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla saxlanılıb və Cinayət Məcəlləsinin 311.3.2 (Rüşvət alma) maddəsi ilə mühakimə ediliblər.

40 yaşlı Pərviz Abbasov ixtisasca cərrahdır. Elmlər doktoru olan P.Abbasov Avropa və ABŞ həkimlər konqresinin üzvüdür. O, ötən ilin martında açılışı olan “Yeni Klinika”nın direktoru təyin edilmişdi.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …