Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Jurnalist məktəbdən polisə şikayət edib – QALMAQAL

Jurnalist məktəbdən polisə şikayət edib – QALMAQAL

Xəbər verdiyimiz kimi, Almaniyadan Azərbaycana deportasiya edilən jurnalist Röya Rəfili Bakı şəhər 116 nömrəli tam orta məktəbdə övladına qarşı bullinq tətbiqindən şikayət edib.

O, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. Valideyn bildirib ki, oğlu sırf saçı uzun olduğu üçün 5-ci sinif rəhbəri Yeganə Qasımova tərəfindən digər sinif yoldaşlarına “qız” kimi təqdim edilib.

Məsələ ilə bağlı ötən gün saytımıza açıqlama verən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəşarət Məmmədov deyib ki, yaranan anlaşılmazlığa artıq aydınlıq gətirilib. Məktəb problemin həll olunduğunu bildirib.

DİA.AZ-ın məlumatına görə, şikayətçi Röya Rəfili isə Cebhe.info-ya açıqlamasında bildirib ki, məktəbdən ona zəng edilməyib:

“Mənə məktəbdən heç bir zəng gəlməyib. Sadəcə ötən gün Bakı Şəhəri üzrə Təhsil İdarəsindən zəng gəlmişdi, birinci gün gedib məktəb rəhbərliyi ilə görüşəcəyəm. Məktəb görüşməyi təklif edir. Bundan başqa məktəb rəhbərliyindən mənə indiyədək heç bir zəng gəlməyib. Mən dünən 36 saylı polis bölməsinə ərizə vermişəm. Vəkilim məhkəməyə müraciət edəcək, hüquqi addımlar atılacaq. Mənim övladım orada heç bir nizam-intizamı pozmayıb, tərbiyəsizlik etməyib. Saç tərbiyəni pozmur. Mən anayam, əgər övladımın saçını cəmiyyətdən qoruya bilmirəmsə, özünü necə qoruyacağam? Bunu düşünürəm. Uşağımın arxasında olacağam. Hələ o gün məktəbin direktoru Cebhe.info saytına açıqlama verib ki, ilk baxışdan onu qız hesab elədik. Ayıbdır. Mənim oğlum xarici görünüşcə qıza oxşamır. Saçı uzun oğlandır. Uşağım çılpaq şəkildə getməmişdi ki, onu ilk baxışdan qıza oxşatsınlar. Bir ziyalının, məktəb direktorunun belə açıqlama verməsi ayıbdır. Amma mən yenə də o məktəbə uşağımı göndərməyə məcburam. Çünki təhsil almalıdır”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …