Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Saleh Rüstəmov aclığı dayandırdı

Saleh Rüstəmov aclığı dayandırdı

Qırx gündən çoxdur həbsxanada aclıq aksiyası keçirən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmov aksiyanı dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müxalif hüquq müdafiəçisi Rüfət Səfərov məlumat yayıb.

Qeyd edək ki, qanunsuz həbs olunduğunu iddia edən Saleh Rüstəmov aclıq elan edib. Hazırda Penitensiar Xidmətin Müalicə müəssisəsində kompleks müalicə alır.

O, I Qarabağ Müharibəsinin iştirakçısı olub. Gədəbəy rayonunun erməni təcavüzkarlarından təmizlənməsində və uğurlu Başkənd əməliyyatında fəal iştirak edib. Bir müddət əvvəl Rusiyada yaşayan S.Rüstəmov 2018-ci ildə Bakıya gəldikdən sonra həbs edilib. O, narkotik maddələri saxlamaqda ittiham olunub. Sonradan cinayət işinə S. Rüstəmlinin qanunsuz sahibkarlıqla məşğul olması, gəlirlərini dövlətdən gizlətməsi ittihamları da əlavə olunub.

Saleh Rüstəmovun həbsdən azad edilməsi üçün bir çox ictimai və siyasi xadimlər ölkə rəhbərliyinə müraciət edib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …