Cümə , Aprel 26 2024
Ana səhifə / Natavanın filmi təqdim olundu, Elza küsüb getdi –Fotolar

Natavanın filmi təqdim olundu, Elza küsüb getdi –Fotolar

“Cinema plus”da “Hozu” romantik komediya filminin qala gecəsi keçirilib.

Musavat.com xəbər verir ki, müğənni Natavan Həbibi və Məcid Hüseynovun baş rollarını canlandırdığı ekran işinin təqdimatına şou-biznesin tanınmış simaları qatılıb. Film haqda təəssüratlarını bölüşən Natavan Həbibi ssenari xoşuna gəldiyi üçün film təklifini qəbul etdiyini deyib: “Filmi izlədik və xoşuma gəldi. “Hozu”da

Elza Seyidcahan da çəkilib və o, öz ampulasındadır. Şeirlərini təqdim edir. Ən maraqlı səhnələrdən biri Elza ilə Ağamirzənin obrazıdır.
Həyatda Hozu kimi sevgilim ola bilməz. Çünki dəhşət adamdı. Amma obraz olaraq elə insanlar daha çox sevilirlər. Çünki təbiidirlər,oynamırlar. Qonarara gəlincə öncədən hamının qonararı verildi. Amma məbləği açıqlamayacam”.

Məcid Hüseynov isə obrazından danışıb:

“Hozu kənd uşağıdır, təmiz qəlblidir, saf insandır.
Bir çox insanlar düşünürdü ki, Natavanla tərəfmüqabili olmaq çətin olacaq. Amma elə deyil. Natavan xanımın heç bir kaprizi yox idi. Filmin çəkilişləri bitmədən hər kəsin qonararını verdik”.

Qeyd edək ki, Elza Seyidcahan inciyərək film başlamadan qala gecəsini tərk edib.

 

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …

Bir cavab yazın