Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Kriminal / Manatı ucuzlaşdıran bankların sayı artır: dollar bahalaşdı

Manatı ucuzlaşdıran bankların sayı artır: dollar bahalaşdı

Bu gün səhər saatlarında Azərbaycanın bir sıra kommersiya banklarında dolların alış-satış qiymətlərinin daha da yüksəlməsi müşahidə olunur.

Hazırda ABŞ valyutasının yerli banklarda ən sərfəli alış qiyməti 1.6750 manata, satış isə 1.6900 manata bərabərdir. Belə ki, dünən axşam saatlarında “Günaybank” dolları 1.6840 manata alıb, 1.6900 manata satırdı, indi bu göstəricilər müvafiq olaraq 1.6750 və 1.7050 manat təşkil edir.

“Amrahbank” həmçinin alışı 0.5 qəpik, satışı 1 qəpik bahalaşdırıb: alış — 1.6450 manatdan 1.6500 manatadək, satış — 1.6950 manatdan 1.7050 manatadək. “Bank Avrasiya” da dolları bahalaşdıran banklar siyahısına daxil olub. Bu bank dolların alış məzənnəsini 1.6590 manatdan 1.6700 manatadək, satışı isə 1.7000 manatdan 1.7250 manatadək bahalaşdırıb. Dünən axşam saatları ilə müqayisədə “Nikoil bank” dolların yalnız alış qiymətini bahalaşdırıb: 1.6600 manatdan 1.6650 manatadək. (Fins.az)

Həmçinin oxuyun

Şirkət rəhbəri və “Röyalbank”ın filial müdiri hakim qarşısına: – daha bir kredit fırıldağı

Külli miqdarda dələduzluqda ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb. Onlardan yalnız bir nəfəri həbsdədir.Musavat.com xəbər …

Bir cavab yazın