Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / MTN GENERALININ GİZLİ HƏBSXANASI TAPILDI

MTN GENERALININ GİZLİ HƏBSXANASI TAPILDI

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov tutduğu vəzifədən azad edilib və ciddi nəzarət altına alınıb. Onun yaxın günlərdə həbsə atılacağı gözlənilir.Strateq.az-a MTN-ə yaxın mənbələrdən daxil olan məlumata görə, indiyədək həbs olunan MTN əməkdaşlarının əksəriyyəti qeyri-qanuni göstərişlərin bir çoxunu həm də birbaşa general-mayor Çovdarovdan aldıqları haqda ifadələr veriblər və artıq onun həbsi üçün kifayət qədər dəlil-sübutlar toplanıb.
Eyni zamanda, təhlükəsizlik məqsədiylə adları hələlik cəmiyyətə açıqlanmayan xeyli sayda iş adamı da Baş Prokurorluğa və Prezident Administrasiyasına ünvanladıqları şikayətlərində birbaşa məhz general Akif Çovdarovun onlara hədə-qorxu gələrək, milyonlarla vəsaitlərini və əmlaklarını əllərindən aldığını bildiriblər.
Məlumata görə, həm bu adamların, həm də həbs olunan MTN əməkdaşlarının dindirilməsi zamanı ortaya təkcə MTN-dəki məlum dəstənin sahibkarları necə soyub-taladıqlarının ağlagəlməz mexanizmi çıxmayıb, həm də sensassiya sayılacaq başqa bir mühüm fakt da aşkarlanıb.Bəlli olub ki, Çovdarovun özünün ayrıca adam oğurluğu ilə məşğul olan böyük bir dəstəsi və bu dəstənin MTN-dən kənarda, Bakının heç kimin ağlına gəlməyəcək yerində gizli həbsxanası da olub.
Məlum olub ki, MTN-dəki məlum dəstə pul almaq məqsədiylə keçirdikləri əməliyyatlar barədə informasiyanın kənara sızmaması üçün xeyli sayda adamı – xüsusən də ayrı-ayrı vəzifəli şəxslərlə qohumluq əlaqələri olan imkanlı şəxsləri məhz MTN binasından kənarda yerləşən bu gizli həbsxanaya gətirərək, əvvəlcədən dinləmə və izləmə vasitəsiylə topladıqları rüsvayedici kompromatları nümayiş etdirir, sonra da qarşılığında külli miqdarda pul tələb edirmişlər. Həmin şəxslər də dinməzcə tələb olunanı verib canlarını qurtarır, heç haraya gətirildikləri, hansı qurum tərəfindən saxlandıqları barədə belə nəinki hər hansı məlumata, hətta cüzi təsəvvürə də malik olmurmuşlar…
Əldə edilən məlumatlara görə, Çovdarova bu işlərin görülməsində təkcə MTN-dəki dəstəsi yox, Rusiya və Gürcüstanın “cinayət aləmi”ndəki şəbəkəsi də böyük köməklik göstərib və faktiki, onlar bütün bu qaranlıq işlərində əlbir fəaliyyət göstəriblər…

 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın