Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Azərbaycan BMT-də işgəncə hesabatı verəcək

Azərbaycan BMT-də işgəncə hesabatı verəcək

Sabah – noyabrın 9-da BMT-nin İşgəncələrə Qarşı Komitəsinin növbəsi sessiyası işə başlayacaq. Komitə Azərbaycan hökumətinin işgəncə hallarına qarşı mübarizəyə dair hesabatını dinləyəcək.

Virtualaz.org saytı BMT-nin informasiya mərkəzinə istinadən xəbər verir ki, Komitə üzvləri Azərbaycan hakimiyyətinə onları maraqlandıran məsələlərlə bağlı sorğular göndəriblər.

Bu sorğulara insan haqlarını pozan hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı hansı tədbirlərin görüldüyü, hakimlərin tam müstəqilliyinin təminat altına alınması üçün atılan addımlar daxildir. Komitə Azərbaycanda təcridxanalarda və ya polis bölmələrində ölən konkret şəxslərlə bağlı sorğular da verib.

Həmçinin Komitə Azərbaycan hakimiyyətinə polis bölmələrində və təcridxanalarda audio-video müşahidə avadanlıqlarının yerləşdirilməsinə dair tövsiyə verib. İndi sessiyada bu tövsiyəyə dair hansı addımların atıldığı soruşulacaq.

Sessiyada Azərbaycanla yanaşı Avsriya, Danimarka, İordaniya, Çin və Lixtenşteyn də işgəncələrə dair hesabatlarını təqdim edəcəklər. Azərbaycanın hesabatına noyabrın 10-dan 12-dək baxılacaq.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın