Bazar ertəsi , May 27 2019
Ana səhifə / Aktual / Məşhur milyarder Qarabağa köçdü – Fotolar

Məşhur milyarder Qarabağa köçdü – Fotolar

Məşhur rusiyalı milyarder German Sterliqov və onun ailəsi – həyat yoldaşı Alena və beş övladı Rusiyadan üç həftə öncə gediblər.

Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, onların yeni yaşayış yeri Azərbaycanın işğal edilmiş ərazisi – Qarabağ olub.

“İndi biz Germanın təsərrüfatını satırıq, – milyarderin yardımçısı Polina təsdiq edib. – Hələlik heyvanları: inək, qoyun, atların bir qismini satırıq. Ev və torpaq sahələri haqqında German Lvoviçdən sərəncam gəlməyib”.

Bununla yanaşı, Sterliqova məxsus müəssisə çörək bişirməyə və süd məhsulları istehsal etməyə davam edir.

“Bloknot”a məlum olduğu kimi, 48 yaşlı German Sterliqov yeni yaşayış yerində artıq ekoloji təmiz məhsulların istehsalı üçün yeni təsərrüfat yaratmağa başlayıb.

Milyarderin ailəsinin yaşayış ölkəsini dəyişməyə sövq edən səbəblər haqqında köməkçilər danışa bilməyiblər, yalnız German Sterliqovun həftədə bir dəfə zəng edərək, cari işlər barədə məlumat aldığını və yeni göstərişlər verdiyini deyiblər.

Ekstravaqant milyarder Sterliqov 1990-cı ildə ölkədə ilk əmtəə-xammal birjası “Alisa”nı yaratmaqla məşhur olub.

1993-cü ildə “Alisa” artıq iri holdinqə çevrildi, onun Rusiyada və xaricdə 84 törəmə firması mövcud idi.

2002-ci ildə German Sterliqov Krasonyarsk vilayətinin qubernatoru vəzifəsinə namizəd oldu. Bir il sonra isə Moskva meri postuna namizədliyini irəli sürdü.

2005-ci ildə German Sterliqov ailəsi ilə bərabər Rublekkada evini sataraq, Moskva ətrafında Mojaysk rayonunda torpaq sahəsi alaraq, təsərrüfatla məşğul olub.

 

Həmçinin oxuyun

“Stadiona bayrağımızla gedək”

Tanınmış jurnalist Sənan Şəfizadə feysbuk hesabında Bakıda baş tutacaq Avropa Liqası finalı üçün maraqlı təkliflə …

Bir cavab yazın