Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Səidədən bu dəfə virtual əxlaqsızlıq- “Pula satılan fahişələr…”

Səidədən bu dəfə virtual əxlaqsızlıq- “Pula satılan fahişələr…”

Müğənni Səidə Sultan “Space” kanalında işlətdiyi biabırçı ifadələri bu dəfə sosial şəbəkələrdə təkrarlayıb. “Qafqazinfo” xəbər verir ki, o bu barədə instagram hesabında yazıb, daha doğrusu, növbəti əxlaqsız fikirlərini paylaşıb:

“Mən bir şeyi başa düşə bilmirəm. O tərbiyədən, qeyrətdən danışanlar bəsdirin də. Elə ən böyük əxlaqsız, cındır da sizsiniz. Çünki sizin kimilər əxlaqdan danışır. Kimdə nə yoxdur, ondan danışır. Özü də maskalanıb, min hoqqa çıxardan binamuslar. Demişəm cıraram? Əcəb eləmişəm, demişəm. Nə oldu pula satılan fahişələr, başqalarına gücünüz çatmadı? Bilin və agah olun, mən bu Səidəyəm. Məni Allahdan başqa heç kim dəyişə bilməz. O ki qaldı qullara, Allah pis insanların bəlasını versin. Amin! Bu mübarizədir, axıra qədər aparacam və heç kimə əyilməyəcəm! Mən Səidəyəm! Mənim sənətimi heç kəs almayıb, ala da bilməz. O yol  kəsənlər qoy yolumu kəsməkdə olsunlar. Kimə xoş deyil, baxmasın. O xalq, xalq deyənlər də dilini qoysun qarınlarına, xalqı təhqir edən olmayıb. Belə xalq dərdi çəkən çaqqallara desələr ki, Qarabağı almaq lazımdır, qaçıb arvad tumanı altında gizlənəcəklər. Məni mən kimi sevənləri də çoxlu-çoxlu öpürəm”.

Qafqazinfo müğənninin işlətdiyi bəzi ifadələrin həddindən artıq vulqar olduğunu nəzərə alaraq ixtisar edib.

 

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın