Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Mən acizəm” – Həsən Əliyev

“Mən acizəm” – Həsən Əliyev

Bakı 2015-in yarımfinalında erməni rəqibinə uduzan güləşçi Həsən Əliyev bu haqda Facebookda yazıb.

Qafqazinfo”xəbər verir ki, H. Əliyev finala vəsiqə qazana bilmədiyi və erməni idmançıya məğlub olduğuna görə təəssüf etdiyini bildirib: “Sözün əsl mənasında deməyə ifadə tapmıram. Bir onu deyə bilərəm ki, mənə layiq olmadığım dəyəri verdiniz, layiq olmadığım işi etdiniz. Buna görə millətim qarşısında baş əyirəm. Bir gün əvvəl özümü ən bədbəxt insan kimi hiss edirdim, bu gün məni ən xoşbəxt insan etdiniz. Bu yaxşılığın qarşısını sadəcə Allah verə bilər, mən acizəm!”

Xatırladaq ki, mükafatlandırma zamanı başını aşağı salan idmançımızın bu görüntüsü “basinidiktut” haştaqı ilə paylaşılır. Qeyd edək ki, 25 yaşlı pəhləvanımız ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə güləşib. Çəkisinin lideri bu dəfə də asanlıqla qalib gəlib. Rəqibini 5:0 hesabı ilə məğlub edən Əliyev 1/4 finalda Mixail Simyonovla (Belarus) qarşılaşıb. Dünya çempionumuz bu sınaqdan da uğurla çıxıb – 3:0. Yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyanla qarşılaşan Həsən 3:0 hesabı ilə öndə olsa da üstünlüyünü qoruya bilməyib və 5:8 hesabı ilə uduzub.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın