Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Təhsil Nazirliyi PKK-ya qoşulan azərbaycanlı tələbələrlə bağlı araşdırmaya başladı – VİDEO

Təhsil Nazirliyi PKK-ya qoşulan azərbaycanlı tələbələrlə bağlı araşdırmaya başladı – VİDEO

Türkiyədə təhsil alan 3 azərbaycanlı tələbənin terrorçu PKK silahlı dəstəsi sıralarına qoşulması xəbəri Azərbaycanda ciddi səs-küy doğurub. Şimali İraqda çəkildiyi iddia edilən videoçarxda PKK terrorçularının sıralarında döyüşən azərbaycanlıların bu ilin aprel ayında Türkiyədə yoxa çıxan 3 tələbə olduğu iddia edilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az saytına açıqlamasında bununla bağlı araşdırma apardıqlarını qeyd edib.

“Bu barədə hələ bir söz deyə bilmərəm. Araşdırma aparırıq”.

Qeyd edək ki, bu ilin aprel ayında yoxa çıxmış azərbaycanlı gənclər Yıldırım Beyazit Universitetinin tələbəsi Sənan Güləhmədov, Ankara Unversitetində oxuyan Mobil adlı şəxs və Turqut Özal Universitetinin tələbəsi Məmmədhüseyn olduğu bildirilib.

Bu il iyunun 6-da YouTube sosial şəbəkəsində “Azeri gençler PKK saflarında 1” adı altında özünü azərbaycanlı tələbələr kimi təqdim edən 3 şəxslə videomüsahibə yayılıb. Onlar PKK-ya xas olan geyimdədir, çiyinlərində “Kalaşnikov” avtomatı var. Videomüsahibədə gənclər Azərbaycandan oduqlarını, Türkiyə universitetlərində təhsil aldıqlarını və RKK-ya qoşulduqlarını təsdiq edir. Onlar özlərini İldırım Bayazit Universitetinin tələbəsi Fərəməz Azəri, Turqut Ozal Universaitetinin tələbəsi Babək Hakır, Balikesir Universitetinin tələbəsi Azad Mirkan kimi təqdim edir. Ehtimal etmək olar ki, hər üç şəxs ad və soyadını yanlış təqdim edib və ya özlərinə kod adı (şərti ad) seçiblər.

 

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın