Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Lənkəranskinin qardaşı: Rövşənlə bir şəklim də yoxdur

Lənkəranskinin qardaşı: Rövşənlə bir şəklim də yoxdur

Bir müddət öncə Lotu Quliyə sui-qəsddə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilən Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev, azərbaycanlı qanuni oğru Hacı Beylaqanski kimi tanınan Hacıbaba Talıbxanlı və digər iki azərbaycanlının məhkəməsi başa çatıb.

Lent.az-a bu barədə Namiq Canıyevin yaxınları məlumat verib.

Məlumatda qeyd edilib ki, İstanbul Bakırköy Məhkəməsinində Namiq Canıyev, Hacı Beylaqanski, Əli Abdullayev və Camal Həsənov barəsində məhkəmə bəraət hökmü çıxarıb.

Məhkəmədə çıxış edən Namiq Canıyev bildirib ki, o, hər zaman kriminal aləmdən uzaq olub:

“Azərbaycanlı məmur geyindiyi uniformanın şərəfini ləkələməmək üçün həmişə kriminal aləmdən uzaq durur. Mən də uzaq durmuşam. Hətta qardaşım Rövşənin sağlığında da bu məsələlərə aiddiyyətim olmayıb, onunla birgə bir dənə fotom yoxdur. Bunu demək istəyirəm ki, mənim bu məsələlərlə əlaqəm yoxdur”.

Onlar barəsində ölkədən çıxışına qadağa qoyulma bağlı hissə ləğv edilib.

Qeyd edək ki, Namiq Canıyevin qardaşı qanuni oğru Rövşən Lənkəranski 2016-ci il avqustun 18-də İstanbulda öldürülüb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …