Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Bakıda 21 yaşlı oğlan qız üstündə bıçaqlandı

Bakıda 21 yaşlı oğlan qız üstündə bıçaqlandı

Bakının Nəsimi rayonunda qanlı hadisə baş verib.

ARB TV bildirir ki, hadisə metronun “Əcəmi” stansiyasının yaxınlığında qeydə alınıb. 21 yaşlı Ziyadxan Əliyev bıçaq xəsarətləri alaraq 1 saylı xəstəxanaya çatdırılıb. Cərrahi əməliyyat olunan Ziyadxan Əliyevin vəziyyəti ağır kimi qiymətləndirilir.

Məlumata görə, Z.Əliyev tanımadığı bir şəxslə qız üstündə mübahisə edib və nəticədə bıçaq xəsarətləri alıb. Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …