Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Ömərova təhqirlərə cavab verdi: Alçaq, vicdansız…

Ömərova təhqirlərə cavab verdi: Alçaq, vicdansız…

Xalq artisti Həmidə Ömərova “Ata ocağı” serialında oynadığı Şəfiqə obrazına görə onu təhqir edənlərə cavab verib.

Kult.az xəbər verir ki, Həmidə Ömərova İnstaqram hesabında izləyicilərinə “Siz olsaydınız, qatilin qızını evinizdə gəlin saxlayardınız?” sualı ilə müraciət edərək, onu və digər aktyor dostlarını roluna görə təhqir edənləri qınayıb:

“Ay Şəfiqəni qınayanlar, sizə sual verirəm: siz olsaydınız, qatilin qızını evinizdə gəlin saxlayardınız? Qatilin qızı ilə heç nə olmamış kimi rəftar edərdiniz? Şəfiqəni qınamayın, balası dünyasını dəyişib. Bala dərdini Allah heç kimə göstərməsin. Valideynləri və övladları biz seçmirik. Bənövşə də xoşbəxt olmaq istəyirdi. Həyatda kim aldanmır ki? Siz hamınız xoşbəxtsiniz, bəxtəvərsiniz, heç vaxt aldanmamısınız? Alçaq, vicdansız adamlarla rastlaşmamısınız? Xahiş edirəm ki, nə məni, nə başqa aktyorları təhqir edəsiniz. Biz yalnız ssenaridə yazılan rolumuzu oynayırıq. Hansısa rol əsəbinizə toxunursa, baxmayın və bizi təhqir etməyin. Bu, ən azından mədəniyyətsizlikdir. Şəfiqənin hərəkətlərinin əndazədən çıxdığını deyirsiniz. Özünüz təhqir yazanda əndazədən çıxırsınız. Şəfiqə ancaq roldur. Tamaşaçı olaraq tənqid edin, fikrinizi bildirin, amma təhqirə keçməyin. Mən Şəfiqə deyiləm, Həmidəyəm. Sizin aktrisayam və həmişə sizə minnətdar olacağam”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …