Şənbə , Oktyabr 31 2020
Ana səhifə / “Köpək oğlu, niyə yalandan ağlayım?” – Briliant Dadaşova

“Köpək oğlu, niyə yalandan ağlayım?” – Briliant Dadaşova

ARB TV-nin efirində yayımlanan “Gəlin danışaq” verilişinin qonağı olan xalq artisti Briliant Dadaşova oğlu haqda maraqlı açıqlamalar verib.
Sənətçi qeyd edib ki, vaxtında evə gəlmək məsələsi evlərində böyük bir problemdir:
“Atası zəng edir həmişə soruşur. Səhərə qədər maraqlanır onunla. Nəzarət altında saxlayır. Türkiyə ilə də saat fərqimiz var deyə çətin olur. Onsuz da oğlumun getdiyi elə bir yer yoxdur. Kinoya, gəzməyə gedə bilər. Çox danışmaq istəmirəm yoxsa, mənə zəng edib deyəcək ki, məndən özünə reytinq düzəltmə. Yalandan orada məndən danışıb ağlayırsan da hələ. Deyirəm ki, ay köpək oğlu, niyə yalandan ağlayım? Darıxıram deyə ağlayıram. Tez-tez görüşürük. Evə girən kimi mənə deyir ki, səni dünən yola salmadım?! Başa salıram 1 aydı getdiyim, deyir yox e elə bilirəm dünən getmisən. Üzümə deyir ki, burdan çamadanlarını yığıb göndərirəm, pəncərədən girirsən. Otur evində Bakıda”.

Həmçinin oxuyun

Sahibkarlara 107 milyon manatdan çox kredit ayrılıb

Sahibkarların maliyyə əlçatanlığının artırılması, pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə investisiya qoyuluşunun sürətləndirilməsi, maliyyə-bank sektorunun canlanması, …

Bir cavab yazın