Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Təhsil İdarəsindən məktəb direktorunun ölümü ilə bağlı – RƏSMİ AÇIQLAMA

Təhsil İdarəsindən məktəb direktorunun ölümü ilə bağlı – RƏSMİ AÇIQLAMA

“Bakı şəhəri Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdən verilən məlumata görə, 26 yanvar 2017-ci il tarixində saat 11:00 radələrində məktəbin direktoru direktoru Telman Balasən oğlu Qardaşov qəflətən özünü pis hiss etmişdir. Çağırılmış təcili tibbi yardım briqadasının həkimləri tərəfindən ona ilk tibbi yardım göstərilmiş və həkim briqadasının rəyinə əsasən reanimasiya briqadası çağırılmışdır. Müvafiq tibbi yardım edildikdən sonra, həkimin rəyinə əsasən Telman Qardaşov xəstəxanaya yerləşdirilmişdir.
Ailəsinin verdiyi məlumata görə, 27 yanvar 2017-ci il tarixində səhər saatlarında xəstəxanada dünyasını dəyişmişdir.
Allah rəhmət eləsin!”

Bunu Bakı Şəhər Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov 171 saylı məktəbin direktoru Telman Qardaşovun vəfatı ilə bağlı Moderator.az-a yazılı şəkildə bildirib.

Bəşarət Məmmədov daha sonra bunları əlavə edib:

“Azərbaycanda təşəkkül tapan açıq informasiya siyasətinin tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu baxımdan BŞTİ-nin fəaliyyəti və idarənin tabeliyindəki təhsil müəssisələrinin həyatında baş ve­rən yeni­liklər haqqında məlumatlar operativ şəkildə icti­maiyyətə çatdırılır. Təhsil müəssisələrinin fəaliyyətinə və tədris prosesinə mane olmamaq üçün əvvəlcədən razılaşdırmaqla, peşəkar yanaşma və qarşılıqlı hörmət müstəvisində bütün media təmsilçilərini maraqlandıran məsələlərin işıqlandırılmasına şərait yaradılır. Odur ki, Azərbaycan Respublikasının Konstitusiyasının, “Təhsil haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, Kütləvi İnformasiya Vasitələri ilə səmərəli əməkdaşlığa nail olunub”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın