Cümə , Aprel 26 2024
Ana səhifə / “Hər şeyimi xərclədim, indi altından çıxa bilmirəm” – Aygün

“Hər şeyimi xərclədim, indi altından çıxa bilmirəm” – Aygün

Xalq artisti Aygün Kazımova “10-dan sonra” verilişinin qonağı olub.

“Qafqazinfo”nun məlumatına görə, xalq artisti bildirib ki, Snoop Doggla həyata keçirdiyi layihə ona baha başa gəlib:

“Bu layihənin reallaşmasına heç kəs inanmırdı. Böyük layihə idi. Deməli, çəkiliş zamanı mən Snoopu gözləyirdim. O da film çəkilişindən çıxıb gələcəkdi. Bütün layihəni ərsəyə gətirən şirkət işçiləri və mən onu gözləyirdim. Birdən mənim tərs damarım tutdu. Dedim ki, layihənin rəhbəri, qonorar ödəyəni mənəm. Çəkilişlərdən imtina edirəm. Türkiyədəki şirkətimə zəng vurdular.

Şirkət rəhbəri Əhməd Çələng mənə zəng vurdu. Mən 2 saat onu gözlədim. Elə bil Snoop mənim gözümə-qaşıma aşiq olub gəlir. Təbii ki, bu bir layihədir. 5 dəqiqə sonra Snoop Dogg çəkiliş meydanına girdi. Mənlə elə görüşdü ki, hər şeyi unutdum. 30 ilə yaxındır ki, səhnədəyəm. Çox böyük pul xərclədim. 30 ildir qazandığımı bu layihəyə qoydum, indi altından çıxa bilmirəm. Yavaş-yavaş həll edəcəm”.

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …

Bir cavab yazın