Cümə , Aprel 26 2024
Ana səhifə / Elza Seyidcahan: “İlhamə Quliyeva nə cürət edir?”

Elza Seyidcahan: “İlhamə Quliyeva nə cürət edir?”

“Ağıllı başımı işlətdim və ağıllı başıma idmanımızın rəmzi, simvolu olan məşəlimizi geydim…”
Əməkdar artist Elza Seyidcahan primadonna ləqəbli, xalq artisti İlhamə Quliyevanı paxıllıqda ittiham edib. Onun sözlərinə görə xalq artisti onun adına xələl gətirməyə çalışır. Bu barədə musavat.com-un əməkdaşına danışan bəstəkar-müğənni buna görə İlhamə Quliyevaya şeir və mahnı da bəstələdiyini deyib:
“Çox məyus oldum, çünki hər zaman o xanıma qarşı böyük hörmətlə yanaşmışam. Hətta onun üçün yeni mahnım da var artıq, özünün də bu barədə xəbəri var. Mahnının adı “Daha ağ eləmə”dir.
Mən Azərbaycanımızın unudulmaz tarixi, uğurlu günlərində qələbələrin ağuşunda olduğumuzdan, dövlət başçımızın, hörmətli millət vəkilimiz Mehriban xanımın və idmançılarımızın, xalqımızın çəkdiyi əziyyətləri görüb özümə borc bildim ki, öz imicimə uyğun (əlbəttə ki, artıq bilirsiz ki, Elzanın layihələri dünya standartlarına uyğun bir imicdir), idmançılarımızı daha da həvəsləndirim və onları təbrik edim. Alqışlara layiq olan bir obrazda, Azərbaycan bayrağına sığınıb, idmanımızın rəmzi olan  məşəli başımda yandırdım…Odlar yurdu olan vətənimizin məşəli hər zaman ucalarda olub. Ona görə bunu özümə fəxr hissi ilə borc bildim. Gözləməzdim bu dərəcədə paxıllıq. Bayrağın yanında nə cürət edib qəlyan çəkir insan?
Tanınmış, gözəl modelyerimiz Leyla Əhmədova öz əllərinin zəhməti ilə bu obrazı ərsəyə gətirib. Əvvəla qəlyan, siqaret çəkənlər bunu çox yaxşı bilir ki, qəlyan başda olmur. Başda ancaq gözəl şeylər, ən əsası ağıl olur. Şükür Allaha ki, Allah ağlımı gəşəng yaradıb. Həmişə dua edib yalvarıram ki, Allah ağlımı heç vaxt almasın.
Ağıllı başımı işlətdim və ağıllı başıma idmanımızın rəmzi, simvolu olan məşəlimizi geydim. Şükür ki, bunu çox gözəl bacardıq. Gözün aydın, Vətən! Biz azərbaycanlıyıq, iri addımlarla irəli!
Mənim vətənpərvərliyimə xələl gətirən insanlara isə deyirəm-bacarmadız!”
Xatırladaq ki, bu günlərdə xalq artisti İlhamə Quliyeva əməkdar artist Elza Seyidcahanın ünvanına ağır tənqidlər yağdırmışdı. Buna səbəb isə Elza Seyidcahanın başına məşəl qoyaraq efirə çıxması olmuşdu. İlhamə Quliyeva onu “müqəddəs məşəli qəlyanla əvəz etməkdə” ittiham etmişdi.

 

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …

Bir cavab yazın