Ana səhifə / Siyasət / Ərəblər atom bombası yaradır

Ərəblər atom bombası yaradır

Səudiyyə Ərəbistanı 16 atom bloku tikmək niyyətindədir.

ANS PRESS-in məlumatına görə, bunu Rusiya “Rosatom” Dövlət Korporasiyasının rəhbəri Sergey Kiriyenko bildirib. Onun sözlərinə görə, işlərin ümumi qiyməti 100 milyard dollar təşkil edir. Yaxın vaxtlarda bununla bağlı müqavilə imzalanması planlaşdırılıb.

O xatırladıb ki, Rusiya və Səudiyyə Ərəbistanı atom sahəsində əməkdaşlıq haqqında hökumətlərarası razılaşma imzalayıb. Sənəddə əməkdaşlığın mümkün məqamları yer alıb. Bu sənəd tarixdə ilk dəfə Rusiya-Səudiyyə Ərəbistanı arasında atom energetikası sahəsində geniş mənada qarşılıqlı əməkdaşlıq üçün hüquqi əsas yaradır.

Həmçinin, bura nüvə reaktorlarının tikintisi, nüvə yanacağının verilməsi, atom elektrostansiyalarının və tədqiqat reaktorlarının yaradılması daxildir.

Hazırda Səudiyyə Ərəbistanı atom stansiyalarına malik deyil, ancaq atom energetikasının inkişafı üzrə genişmiqyaslı planlara sahibdir. Bu ölkə 2032-ci ildə atom ölkəsi olacağını bildirib.

Xatırladaq ki, “Rosatom”un atom enerjisi üzrə dövlət korporasiyası təxminən 400 müəssisə və elmi təşkilatını birləşdirir. Ötən ilin sonunda “Rosatom”un xarici sifarişlərinin portfeli 101,4 milyard dollar təşkil edib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın