Cümə , İyul 19 2019
Ana səhifə / Aktual / DYP CƏRİMƏ YAZDI, VƏTƏNDAŞ RAZILAŞMADI  – “ŞƏRLƏYİRLƏR, PƏRDƏM KUSTAR DEYİL, SƏNAYE ÜSULLUDUR”

DYP CƏRİMƏ YAZDI, VƏTƏNDAŞ RAZILAŞMADI  – “ŞƏRLƏYİRLƏR, PƏRDƏM KUSTAR DEYİL, SƏNAYE ÜSULLUDUR”

Vətəndaş Balabəyov Vüsal Əmiraslan oğlu Azinforum.az-a şikayətində bildirir ki, ona heç bir əsas olmadan Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən cərimə yazılıb. Şikayətçinin sözlərinə görə, bu günlərdə onun  idarə etdiyi 99DH751 dövlət nömrəli “Mercedes” markalı avtomobil Masazır qəsəbəsinin yaxınlığında “Duz gölü” deyilən əraziyə yaxın yerdə saxlanılaraq, ona avtomobilinin arxa yan şüşələrində  olan pərdənin standarta uyğun olmadığına  görə irad bildirilib:

“DYP əməkdaşları mənə dedilər ki, pərdəyə görə cərimələnirsən. Mən dedim ki, axı, pərdəyə qanunla noyabrın 15-nə kimi icazə verilir. Onlar maşınımda olan pərdənin standarta cavab vermədiyini əsas gətirərək , məni 869447 saylı protokoll əsasında cərimələdilər. Mən bu cərimə ilə razılaşmıram. Çünki qanunvericiliyə görə yalnız, kustar üsulla hazırlanan pərdələrdən istifadə qadağandır. Mənim avtomobilimdə olan pərdə isə sənayə üsulu ilə hazırlanıb və bütün mağazalarda açıq satışdadır. Mənə cərimə yazan DYP naryadına iradımı bildirdikdə onlar dedi ki, ürəyin hara istəyir şikayət et. Mən , sizin sayt vasitəsilə DYP rəhbərliyinə müraciət edərək, onlardan bu məsələnin dəqiq araşdırılması üçün göstəriş vermələrini xahiş edirəm. Çünki heç bir günahım olmadan mənə yazılan cərimənin məbləği aylıq qazancımın yarısı qədərdi. Bəs mən, övladlarımı nə ilə saxlayım?”

Azinforum.az olaraq edilən şikayətlə bağlı DYP rəsmiləri ilə əlaqə saxladıq. Onlar şikayətçinin DYP rəhbərliyinin adına rəsmi müraciət etməsinin zəruriliyini bildirdilər: “Yalnız bundan sonra həmin şikayət ətrafında araşdırılma aparıla bilər”.

M.MİRZƏ

AZİNFORUM.AZ

v1

v2

v3

 

 

 

 

v5v4

Həmçinin oxuyun

Ədliyyə polkovniki Azərbaycandan necə qaçıb? – Açıqlama

Məhkəmə qarşısına çıxarılan ədliyyə polkovnik-leytenantı, keçmiş vəkil Vüqar Poladovun gizli əməlləri üzə çıxıb.   Criminal.az saytının yazdığına …

Bir cavab yazın