Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Bozqurdlar AKP-yə səs verəcək? – Gözlənilməz

Bozqurdlar AKP-yə səs verəcək? – Gözlənilməz

Məhəllənin, məmləkətin, hətta dünyanın bütün itləri bir iğidə hücum edirsə, həmin iğid də mənim dövlətimin başçısıdırsa, bizə düşən bu iğidi o itlərə yedirtməməkdir…”.

Yalnız Türkiyənin deyil, Avropanın, dünyanın belə böyük həyəcanla gözlədiyi 1 noyabr erkən millət vəkili seçkilərindən iki gün öncə bu sözləri Ülküçü Həmrəylik Platformu adından Əski Ülkü Ocaqları başqanı Orxan Akman söyləyib. Onun bəyanatındakı adətən hamının Milliyyətçi Hərəkat Partiyasının elektoratı hesab etdiyi, həm də bozqurdlar kimi tanınan ülküçülərin AKP-yə dəstək verəcəyi sözləri gözlənilməz olub. MHP-nin ülküçüləri təmsil etmədiyini vurğulayan O.Akman açıq-aşkar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstəyini ifadə edib.

“Bizim üçün siyasət partiyaçılıq qazanında qaynayan nəfs deyildir. Bizim üçün siyasət Allahın rizasını qazanmaq üçün dövlətinə və millətinə xidmət etməkdir. Dünən ölkəmiz üzərinə çökən qara buludlara, məmləkətimizə qarşı oynanılan qara oyunlara imanı və fərasəti ilə dikilən ülküçülər olaraq bu gün də eyni qətiyyət və əzmlə dövlətimizə və millətimizə qarşı oynanan qaranlıq oyunlara bozqurd kimi dikildiyimizi elan edirik. Səsimizi məsulliyyətimizi daşıyan AKP-yə verəcəyik!”

“Bu seçki – Ərdoğanla ingilislərin, masonların… savaşıdır”

Alparslan Türkeşə, Möhsün Yazıçıoğluna, ülküçülərə saldıranlarla Ərdoğana saldıranların eyni qəbildən olduğunu bildirən ülküçü lider bunları da əlavə edib:” 1 noyabr seçkiləri AKP, CHP, MHP və HDP arasındakı bir seçim deyil. Bu seçkilər müstəqil Türkiyə tərəfdarı Ərdoğanla masonların, ingilislərin, daxildəki və xaricdəki xainlərin arasındakı bir savaşdır. Ülküçülər üzərinə ayaq açan ilanlara qarşı bir bozqurd olaraq bizlərin səfi qibləsi Pensilvaniya, Kandil, ABŞ və İngiltərə olanlarla deyil, qibləsi bir, bayrağı bir, vətəni və dövləti bir olanlarladır”.

“Bu alçaq düzəni poza bilən yalnız türk millətidir!”

Sözlərinin davamında Akman maraqlı bir məqamı da xatırladaraq türk xalqının böyükülüyünü vurğulayıb:”Bu günlərdə “HDP bizləri təmsil etmir” deyən bir kürd vətəndaşla söhbətimdə mən də dedim ki, maraq etmə, qardaşım, MHP də bizləri təmsil etmir. Eyni oyunları dəzgahlayanlar bizi bir-birimize düşürmeye çalışır. Dünən ülkücülerin qəhvəxanasını gülləbaran edənlər, solcularla ülkücüləri bir-birine düşmən edənlər bu gün də sünnilərin, şiələrin məscidini bombalayır. Yer üzündəki bu alçaq düzəni poza bilən tək bir milleət vardır. O da Türk millətidir!..”

Gülən camaatı kimə səs verəcək?

Müşahidələr və anket sorğularının nəticələri göstərir ki, son aylarda ölkədə terror aktlarının çoxalması və lirənin ucuzlaşmasıyla sosial problemlərin qabarmasına rəğmən “İŞİD”-ə və “PKK”-ya qarşı iki cəbhədə savaş aparması AKP-nin nüfuzunu xeyli yüksəltmişdir. Odur ki, CHP və ya HDP-nin təkbaşına səs çoxluğu qazanacağı ehtimal edilmir. Bəzi mənbələr dindar kürdlərin və ələvilərin xeyli hissəsinin də AKP-yə səs verəcəyini proqnozlaşdırır. AKP hökumətinin təqiblərinə məruz qalan Gülən camaatının əsasən HDP-yə, bir qisminin isə CHP-yə üstünlük verəcəyi gözlənilir. Bu arada Türkiyədə böyük nüfuza malik nəqşibəndi təriqətinə mənsub İsmayılağa camaatının liderlərindən olan Mehmet Talu da AKP-yə dəstək verəcəkləri barədə açıqlama yayıb.

Sultan Laçın,

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın