Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Duzdağ Fizioterapiya Mərkəzində 70 çarpayılıq yeni palata istifadayə verilib.
Naxcivantv.az xəbər verir ki, yeni palata uşaqlar üçün nəzərdə tutulub. Palata mərkəzin tibbi xidmət imkanlarını daha da artıracaq, bununla da mərkəzdə ümümilikdə palatalarda çarpayıların sayı 280 olacaq.
Baş həkim Zülfiyyə Həsənova bildirib ki , mövsümlə əlaqədar olaraq mərkəzə müraciət edənlərin sayında artım müşahidə olunur, mərkəzdə sıxlıq yaranırdı.
“Sakinlər bir müddət gözləyirdi. Bu da onların vaxt itkisinə səbəb olurdu. Artıq bu problem öz həllini tapıb”.
İstifadəyə verilən yeni palatada müasir müalicəvi infrasturuktur qurulub. Palatada yerin döşəmə qatı narın duz ilə təzələnib, yeni pilləkənlər qoyulub, işıqlandırma sistemi yenidən qurulub. Həmçinin pasiyentlərin digər şaxtalara keçməməsi üçün təhlükəsizlikləri təmin olunub, arakəsmələr qoyulub. Qeyd edək ki, mərkəzə müraciət edənlərin böyük əksəriyyətini uşaqlar təşkil edir.