Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / QHT iyul ayında doğum günləri olan ahılları bir araya yığdı

QHT iyul ayında doğum günləri olan ahılları bir araya yığdı

İyulun 29-da “Ahıllara və Tənhalara Dəstək” ictimai birliyinin təşəbbüsü, “Lukoil” mühərrik yaglarının rəsmi dileri Bəxtiyar Abdullayevin dəstəyi ilə ahıllar üçün doğum günü ilə bağlı musiqili və əyləncəli tədbir təşkil edilib.

QHT.az xəbər verir ki, tədbirdə iyul ayında ad günü olan 30-dan çox yaşlı insan iştirak edib. Tədbiri giriş sözü ilə açan “Ahıllara və Tənhalara Dəstək” ictimai birliyinin sədri Ruhiyyə Məmmədova bildirib ki, rəhbərlik etdiyi təşkilat ahıllar ilə müxtəlif istiqamətdə işləyir. Beləki, onların istirahətinin təşkili, müxtəlif sosial problemlərinin həlli bu sahədə problemlərin araşdırılması və s. Təşkilat rəhbəri əlavə edib ki, bu gün ki, tədbir də bu qəbildən olan fəaliyyətlərdən biridir. Ruhiyyə Məmmədova bu layihəyə dəstək verdiyi üçün “Lukoil” mühərrik yaglarının rəsmi dileri Bəxtiyar Abdullayeva öz təşəkkürünü bildirib.

Tədbirdə iştirak edən ahıllardan bəzilər çıxış edərək tədbirin təşkilatçıları və dəstəkçilərinə minnətdarlığın bildiriblər.
“ “Lukoil” mühərrik yaglarının rəsmi dileri Bəxtiyar Abdullayev də öz növbəsində doğum günü olan şəxsləri təbrik edərək, bu kimi layihələrə dəstək olmağın vacibliyini bildirib.

Tədbir tanınmış müğənni Vüsal Əliyevin ifası ilə davam edib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın