Cümə , Aprel 26 2024
Ana səhifə / “BİR YOLUNUZ QALIB – MƏNİ ÖLDÜRMƏK!” – Abdulla Abdullayev

“BİR YOLUNUZ QALIB – MƏNİ ÖLDÜRMƏK!” – Abdulla Abdullayev

amay“Mənə məxsus olanların mənimsənilməsinə imkan verməyəcəm…”

“AMAY” Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayevin işi üzrə hər məhkəmə iclası onun qalmaqallı açıqlamalarıyla yadda qalır. Bu mənada, Bakı Ağır Cinayətlər Məhkəməsində onunla bağlı dünənki məhkəmə iclası da istisna olmadı. “AMAY Abdulla”nın məhkəmədəki çıxışından belə qənaətə gəlmək olardı ki, müəyyən dairələr onu dəmir barmaqlıqlar arxasına salmaqla əmlakını ələ keçirmək istəyirlər.

“Rəhbərliyi aldadırlar…”

Abdulla Abdullayev çıxışında vurğuladı ki, dövlət başçısına onunla bağlı yalan məlumat verilib: “Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu ölkədə özbaşınalıqla məşğuldur. Bir daha deyirəm, bu cinayət işi əsassızdır. Məni qanunsuz həbs ediblər. Penitensiar Xidmətin müəssisələrinə bu qədər adamları doldurublar, guya, onları tərbiyələndirmək istəyirlər. Halbuki, içib divar dibində yatanlar indi vəzifə başında oturublar. Mən nə içki düşkünü olmuşam, nə də əxlaqsızlıq eləmişəm. Tabeliyimdə işləyən qadınlara belə, güldən ağır söz deyilməsinə imkan verməmişəm. Mənim kimi adamları içəri atıb tərbiyə olunmağa göndərirlər. O qədər tərbiyə olunası adamlar var ki… İki il əvvəl ödənilmiş kreditə görə də cinayət işi başlayarlar? 15 hektar ərazisi olan o boyda “Garadag Sement” zavoduna 1 milyon qiymət qoyublar. Belə şey olar? Halbuki, o zavodda təkcə elə sement üyüdən maşının qiyməti 1 milyon 100 mindir. Məntiqlə fikirləşəndə bütün bunların bir cavabı var – özbaşınalıq. İttihamı veriblər, sübutları yoxdur.
5gggƏslində, bu işdə nələr baş verdiyini hamı bilir. Bir şərəfsiz sifariş verib, torbamı tikiblər. Rəhbərliyi aldadırlar. Amma bir gün bu rəhbər hər şeydən xəbər tutacaq. Gec-tez biləcək.
Mən o adam deyiləm ki, mənə məxsus olanları kimsə mənimsəsin. Bəlkə başqaları buna göz yumar, amma mən göz yuman deyiləm. Mən ömürlük həbs cəzası alsam belə, yenə də haqqım üçün davamı aparacam. Bunun qarşısını almağın bir yolu var – gərək içəridə məni öldürtdürsünlər.
Mənim barəmdə həbs-qətimkan tədbirinin müddəti ayın 3-də axşam bitib. Mən qanuna hörmət eləyən adamam. Mən heç vaxt “yeməyi isti yeməmişəm ki, ağzım da yansın”. Həbsimin müddəti bitdiyinə görə mən ayın 4-ü saat 2-yə qədər buraxılmalıydım. Həmin gün axşam saat 6-da təcridxanaya həbsimin uzadılması barədə qərar gəldi. Hə mənim, nə də vəkilimin iştirakı olmadan məhkəmə keçirib müddəti uzadıblar. Bu qərara etirazımı bildirirəm”.
Xatırladaq ki, bu iş üzrə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılanlar arasında Abdulla Abdullayevin özü ilə yanaşı, beş nəfər işçisi – Elşən Nəzərov, Heydər Rzayev, Mehman Məmmədxanlı, Vidadi Qurbanov və Hadejda İlyasova da var. Onlara qarşı dələduzluq, mənimsəmə, vəzifədən sui-istifadə kimi ittihamlar irəli sürülüb. Amma Abdulla Abdullayev istisna olmaqla, digərlərinin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

“Dövlət durmuşdu başımızın üstündə ki, tez olun, tikib qurtarın…”

3ABDDünənki iclasda təqsirləndirilən şəxslərdən Mehman Məmmədxanlı dindirildi. O, “AMAY” Açıq Səhmdar Cəmiyyəti direktorunun köməkçisi olub. Mehman Məmmədxanlıya qarşı irəli sürülmüş ittihamın mahiyyəti budur ki, o, “Texnikabank”dan “AMAY” üçün kredit götürmək məqsədilə saxta firmaların yaradılması və bankdan pulun götürülməsində iştirak edib.Məmmədxanov bildirdi ki, “AMAY”ın havalandırma sisteminin quraşdırılması, kosmetik təmiri üçün vəsait lazım idi. “Texnikabank”ın o zamankı rəhbəri Etibar Əliyev də kredit ayırmağa razılıq vermişdi:“Girov olaraq, “AMAY”ın Hobel prospektində yerləşən, ümumi sahəsi təxminən 22 min kvadrat metr olan binasını qoymaq istəyirdik. Dedilər ki, bir dənə bu böyük binadansa, onu hissələrə bölün, müxtəlif firmaların adlarına rəsmiləşdirin, bu şəkildə həll edək. Təxminən 3000 kvadrat metri elə “Texnikabank”ın üç işçisinin adına rəsmiləşdirdik. Amma üç nəfərdən sonra dedilər ki, öz işçilərinizin adına eləyin. Ona görə qalanları da “AMAY”ın öz işçilərinin adına yaradıldı. O adamlar hər dəfə banka gedib-gəlməsin deyə, mənə notarial qaydada baş etibarnamə verdilər. Mən də həmin etibarnamə əsasında kredit müqavilələrinə qol çəkmişəm. Mənə dələduzluq ittihamı veriblər, halbuki, bir manat da pul yeməmişəm. Bu kişi tərəfindən (Abdulla Abdullayevi nəzərdə tutur-red.) mənə verilən əməkhaqqı bəsim idi. Kredit ayrılandan sonra da adamlar pulları “Texnikabank”dan götürüb gətirib “AMAY”ın kassasına köçürdülər ki, təmir işlərinə sərf olunsun. Etibar Əliyevlə əvvəlcədən danışıq olmuşdu ki, götürülən kredit “AMAY”a sərf olunacaq. Burada gizli bir şey yox idi ki… Özləri dedilər, firma yaradın, biz də yaratdıq, on gündən sonra kredit verdilərsə, buna görə bank özü məsuliyyət daşıyır. Həm də ki, o kredit ödənilib…”
Mehman Məmmədxanlı dindirilərkən Abdulla Abdullayevin belə bir replikası oldu: “Onda dövlət durmuşdu başımızın üstündə ki, tez olun, tikib qurtarın…”
Digər təqsirləndirilən Vidadi Qurbanov da dünənki məhkəmə iclasında dindirildi. O, “AMAY”ın baş mühasibi olub. Vidadi Qurbanov da irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədi: “Mən talama, dələduzluq, ümumiyyətlə, şəxsiyyətimə yaraşmayan işlərlə məşğul olmamışam. İstintaqda müstəntiqin qarşısına qoydum bütün sənədləri, soruşdum ki, mənim nə təqsirim var? Əllərini qaldırdı. Mənim ailəm var. Məni niyə rəzil eləyirsiz? Hiyə yazmısız bu ittihamları?”(azadlıq.info)
Məhkəmə prosesi martın 30-da davam edəcək.

 

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın