Cümə , Aprel 19 2024
Ana səhifə / Ruslar ermənilərin cəbhədəki itkilərindən yazır

Ruslar ermənilərin cəbhədəki itkilərindən yazır

eskerRusiyanın məşhur media qurumları Ermənistan silahlı qüvvələrinin verdiyi itkiləri geniş işıqlandırıb. ANS PRESS-in məlumatına görə, “Qazeta.ru” başda olmaqla rus saytları Ermənistan silahlı qüvvələrinin Qarabağda 20 əsgərini itirdiyini bildiriblər.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata istinad edən rus saytları Ermənistan tərəfinin verdiyi xəbərləri işıqlandırmayıblar.

Qeyd edək ki, əvvəllər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində tərəflərin verdiyi itkiləri gündəmə gətirməyən rus mediasının bu dəfə ermənilərin itkilərini işıqlandırması təsadüfi deyil.

Qeyd edək ki, bu gün Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb.

İşğalçı Ermənistan ordusunun verdiyi çoxsaylı itkilər barədə məlumatı erməni mediası da təsdiqləyib.

 

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …

Bir cavab yazın