Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Bələdiyyə sədrinin müavini qəza törətdi, kəndləri işıqsız qoydu

Bələdiyyə sədrinin müavini qəza törətdi, kəndləri işıqsız qoydu

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.

ANSPRESS-in məlumatına görə, bu gün rayonun Xudat kəndində köhnə Xudat Kənd Bələdiyyəsinin keçmiş sədri, indiki sədr müavini Səyavuş İbrahimov idarə etdiyi “Niva”nı yolun kənarındakı beton elektrik dirəyinə çırpıb, nəticədə dirək aşıb. Sürücü özü xəsarət almasa da, ətraf kəndlər işıqsız qalıb.

Xaçmaz Polis Şöbəsinin Xudat bölməsi faktı təsdiqləyib. “Azərişıq” ASC-nin Xaçmaz şöbəsinin qəza briqadası nəticələrin aradan qaldırılması istiqamətində iş aparır.

Faktla bağlı araşdırmalar davam edir.

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın