Ana səhifə / Aktual / QAXDA SAVAŞ BÖYÜYÜR – AZƏR KƏRİMLİ İLƏ PAŞA MƏMMƏDOV ÜZ-ÜZƏ….

QAXDA SAVAŞ BÖYÜYÜR – AZƏR KƏRİMLİ İLƏ PAŞA MƏMMƏDOV ÜZ-ÜZƏ….

Azinforum.az xəbər verir ki, parlament seçkiləri ilə bağlı ən qızğın mübarizənin getdiyi dairələrdən biri də 112 saylıdır. Qax  rayonunu əhatə edən bu dairədə  deputatlığa namizəd kimi qeydə alınan, sabiq diplomat Paşa Məmmədovla (İlusuyskiy), həmin dairədən hazırda millət vəkili olaraq Qaxı təmsil edən Azər Kərimli arasındakı münasibətlər ən gərgin fazaya keçib.  Qeyd edək ki, bir neçə dəfə Qaxdan deputat seçilən Azər Kərimlinin hazırda seçicilər arasında elə də böyük nüfuzu yoxdur. Bunu dərk edən Kərimli öz alternativlərinə bu şansdan istifadə etmək üçün imkan vermək istəmir.  Azər Kərimlinin hazırda ən ehtiyat etdiyi alternativ Paşa Məmmədovdur.  Əslən Qaxdan olan yüksək çinli məmur Əhməd Əhmədzadənin oğlu Cumanın həmin dairədən namizədliyini irəli sürməməsi, eləcə də YAP-ın mədəni şəkildə dairəni güzəştə getməsi real alternativlər arasındakı mübarizəni daha da qızışdırıb. Rəsmi şəkildə təbliğata start verilməsə də, namizədlər və onların tərəfdarları  sosial şəbəkələrdə fəallıq nümayiş etdirirlər. 

Paşa Məmmədovun bir qədər anlaşılmaz açıqlamalarından istifadə edən Azər Kərimlinin tərəfdarları sosial şəbəkələr vasitəsilə birincinin üzərinə hücuma keçiblər. Təşkil olunmuş şəkildə fəaliyyətin olduğuna şübhə yeri qlmayan bu kampaniyada Paşa Məmmədovun çıxışında qabartdığı erməni məsələsinə müxtəlif rakurslardan yanaşılır. Paşa Məmmədov barəsində yazılan tənqidi məqalələr Azər Kərimlinin tərəfdarları kimi tanınan şəxslər tərəfindən paylaşılır və erməni mövzusu ətrafında suni ajiotaj yaradılır. Azər Kərimlinin tərəfdarları çıxışlarında bildirirlər ki,  Paşa Məmmədov qorxusundan rayona cangüdənlərlə çıxır. Hətta namizədin ünvanına açıq təhdidlər də səsləndirilir. 

Deyilənə görə, artıq Paşa Məmmədov ona qarşı təşkil edilən qara piarın arxasında kimin durduğunu bilir. Təbiidir ki, bu cür kampaniya sadə adam tərəfindən aparıla bilməz. Bunun arxasında ciddi maliyyənin durduğuna dair də məlumatlar var. Geniş maliyyə imkanları və yaxşı əlaqələrə  malik olan Paşa Məmmədovun da tərəfdarlarını sosial şəbəkəlrdə cəmləyəcəyi və Azər Kərimliyə layiqli  cavab verəcəyi gözlənilir.

Namizədliyi qeydə alınan və ciddi alternativlərdən hesab edilən – hüquq müdafiəçisi Əhməd Şahidov  isə Qaxda gözə dəymir. Təqribən bir aydır ki, mediada onun Avropada olduğuna dair xəbərlər yayılır. Yəqin ki, bu qovğaların olacağını proqnozlaşdıran Şahidov Avropada olmaqla vaxt udmaq istəyir və maksimum dərəcədə qalmaqllara qoşulmamağı planlaşdırır. Ancaq onun da bu oyunların episentrində yer almayacağına heç kim təminat verə bilməz.

Qeyd edək ki, Qaxın seçki mənzərəsi  və kimin hansı nüfuzda olması isə  “EL”dən və “Pansionat”dan deyil, İlusu ilə rayon mərkəzinin ortasında yerləşən “BERGS “ oteldən daha aydın görünür.

İndisə, Azər Kərimlinin aktiv təbliğatçısı kimi tanınan  Şahlar İsmayıl adlı qaxlının paylaşdığı statusa diqqət edək və qeyd edək ki, bu şəxs daima Paşa Məmmədov barəsində  yayılan tənqidi materialları tirajlayır.

sh

 

AZİNFORUM.AZ

 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın