Cümə , Aprel 26 2024
Ana səhifə / Azərbaycanın dörd mərhələli böyük «Dəhliz layihəsinə» qarşı təxribat təhlükəsi reallaşdı

Azərbaycanın dörd mərhələli böyük «Dəhliz layihəsinə» qarşı təxribat təhlükəsi reallaşdı

«

«Böyük layihələrdə bunlar risq amilinə aiddir»
İlham Şaban: «Bütün bu proseslər üçüncü qüvvə tərəfindən təşkil olunur və bu məsələdə İtaliya hakimiyyətinin heç bir marağı yoxdur»

Böyükr marağı yoxdur»

Bir müddət əvvəl, «Bakı-Xəbər» qəzeti olaraq «Cənub Qaz Dəhlizi»nin 3-cü hissəsi sayılan TAP-la bağlı bəzi mülahizələr irəli sürmüşdük. Həmin yazıda qeyd olunurdu ki, layihənin yekun hissəsi sayılan TAP-da enerji resurslarının Türkiyədən Yunanıstan vasitəsilə Avropaya nəqli gözlənir: «Bəllidir ki, bu meqalayihəyə qarşı çıxanlar, ona qısqanclıqla yanaşanlar da az deyil.
Təsadüfi deyil ki, TAP-a qarşı böyük təhdidlərin olması ilə bağlı iddialar irəli sürülürdü. Bu da layihənin son hissəsinin reallaşa bilməyəcəyilə bağlı ehtimalların ortaya çıxmasına əsas vermiş olurdu. Bu baxımdan da TAP-a yönəlik təhdidlər ediləcəyi və törədilə biləcək təxribatlar istisna sayılmır».
Qeyd edək ki, Madriddə baş tutan və Trans-Adriatik Təbii Qaz Boru Xəttinin (TAP) tikintisinə həsr olunan görüş zamanı energetika məsələləri üzrə Avropa komissarı Migel Arias Kanyete deyib ki, Avropa İttifaqı (Aİ) Rusiya enerji daşıyıcılarından asılılığı azaltmaq üçün mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü və saxlanması strategiyası, o cümlədən, yeni qaz boru xətlərinin tikintisi üzərində işləyir: «TAP reallıqdır. Artıq Yunanıstan və İtaliyada ətraf mühitlə bağlı problemlər həll olunub, müvafiq icazələr alınıb. Marşrutların və tədarükçülərin diversifikasiyası yeni yaradılacaq Enerji İttifaqının prioriteti olmalıdır». Avropa komissarı qeyd edib ki, Aİ-nin üzvü olan 28 ölkədən 6-sı tam şəkildə Rusiya qazından asılıdır.
Görüş zamanı qeyd olunub ki, Aİ potensial qaz tədarükçüləri olan Əlcəzair, Azərbaycan, Türkmənistan, Türkiyə, o cümlədən, Afrika və Yaxın Şərq ölkələri ilə sıx əməkdaşlıq etmək niyyətindədir.

Bütün bu fikirlər Avropanın TAP-a nə qədər böyük önəm verməsinin bariz nümunəsidir.
Buna baxmayaraq, ilk dəfə olaraq məhz bizim irəli sürdüyümüz versiya özünü doğruldub və TAP-a məhz qoca qitədə təxribat törədilib. İtaliyada Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Transadriatik Qaz Kəməri (TAP) layihəsinə qarşı təxribat törədilib.
İtaliya KİV-ləri xəbər verir ki, hadisə ölkənin cənubundakı Salento bölgəsində baş verib. Martın 26-da gecə bölgənin Melendugno şəhəri yaxınlığında TAP konsorsiumunun podratçı şirkətlərindən birinə məxsus iki texnika sıradan çıxarılıb. Texnikanın Azərbaycan qazının qəbulu üçün tikiləcək terminalın və qazın terminaldan nəqli üçün çəkiləcək kəmərin keçəcəyi ərazidə geotexniki tədqiqat işləri apardığı bildirilir.

Podratçı şirkətin əməkdaşları müəyyən ediblər ki, geotexniki tədqiqat işləri aparmaq üçün nəzərdə tutulan tırtıllı qazma texnikasının və bir yük maşınının şüşələri sındırılıb, yanacaq çəni dağıdılıb və mühərriki sıradan çıxarılıb. Şirkət bildirib ki, sabotajla əlaqədar olaraq tədqiqat işləri ən azı bir həftə dayanacaq.
İtaliya mətbuatı yazır ki, bu sabotaj Romada TAP kəmərinin keçəcəyi marşrutun seçilməsi məsələsinə dair mərkəzi hökumətlə yerli bələdiyyə arasında keçirilmiş görüşdən sonra törədilib. İstisna deyil ki, yeni sabotajlar da törədiləcək. Melendugno bələdiyyəsi, Cənubi Salento bələdiyyələri şurası və bir çox yerli qruplar TAP kəmərinin İtaliya hökuməti tərəfindən müəyyən edilmiş və təsdiqlənmiş marşrutuna qarşı çıxır. Neçə vaxtdır ki, TAP kəmərinin İtaliyanın cənubunda, Adriatik dənizi sahillərində yerləşən zeytun bağlarına zərər vuracağı haqda təbliğat aparılıb, aksiyalar keçirilib.
Həmçinin bir neçə ay əvvəl məlum olmuşdu ki, kəmərin Adriatik dənizinin sahillərində quruya çıxaraq Melandunyo bölgəsinə qədər çəkilməli olan 8 kilometrlik hissəsi üçün torpaq sahələrinin satın alınmasında korrupsiya və fırıldaq şübhələri yaranıb. Nəticədə prokurorlar və maliyyə polisi TAP kəməri üçün torpaq sahələrinin alınmasına dair araşdırma başladıblar. İtaliya mətbuatının yazdığına görə, TAP üçün torpaq sahələrinin alınmasında korrupsiya və fırıldağa yol verildiyinə dair dosye Melandunyo əyalət prokurorunun müavini Antonio Neqronun masası üzərindədir.
O, araşdırmanı maliyyə və ədliyyə polisi ilə birlikdə aparır. Təhqiqat qrupuna polkovnik Françesko Mazotta başçılıq edir. Polkovnik Mazotta Leççe əyalətinin maliyyə polisinin məhkəmə polisi qvardiyasının rəisidir. 46 yaşlı Mazottanın parlaq karyerası var. 2004-cü ildən Leççedə mafiya ilə mübarizə üzrə İstintaq İdarəsinə başçılıq edib. İtalyan mafiyasına – «Koza nostra»ya qarşı bir sıra uğurlu təhqiqatlar həyata keçirib.

Neft məsələləri üzrə ekspert İlham Şaban açıqlamasında bildirdi ki, ümumilikdə bu layihənin həyata keçirilməsində Avropa ölkələri maraqlıdır: «Bəli, TAP deyilən layihənin son akkordudur. Buna təxribatı ancaq Rusiya və ya onun maraqlarına qulluq edən dövlətlər edə bilər. Düzdür, bu layihədən maksimum çox para qoparmaq istəyən dövlətlər də var. Məsələn, Yunanıstanın enerji naziri Bakıya gələndə yeni avaz oxumağa başladı. O qeyd etmişdi ki, tranzit tariflərinin artırılmasını istəyirlər. Əlavə olaraq, DESFA adlı şirkətlərini layihədə payçı kimi görmək istəyirdilər. Bir müddət əvvəl İtaliyada bir neçə kəndin adamı boruların onlara aid ərazidən keçməsinə etiraz etdi. Sonradan məlum oldu ki, həmin aksiyalar maraqlı qüvvələr tərəfindən təşkil edilib. Hazırda Avropada iqtisadi böhran yaşanır. Hətta kiçik pullarla da insanları ayağa qaldırmaq mümkündür. İtaliya parlamentində isə onların müxalifəti TAP-a qarşı çıxan bəyanatlar səsləndirib. Maraqlıdır ki, həmin layihədən İtaliyaya yalnız xeyir qalır. Daha yüksək pul vəd edən alternativ layihə yoxdur, heç olmayacaq da.
Belə olan halda, məsələnin mahiyyəti tam aydındır. Deməli, bütün bu proseslər üçüncü qüvvə tərəfindən təşkil olunur və bu məsələdə İtaliya hakimiyyətinin heç bir marağı yoxdur. Belə hallar ola bilər. Bu bizi işdən soyutmamalıdır. Böyük layihələrdə bunlar risq amilinə aiddir».

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır …

Bir cavab yazın