Ana səhifə / Nemtsovun qətlinin sifarişçisi məlum oldu

Nemtsovun qətlinin sifarişçisi məlum oldu

“Ria Novosti”-nin gizli mənbələrə istinadən yaydığı xəbərə görə, müxalifyönlü siyasətçi Boris Nemtsovun qətli ilə bağlı aparılan istintaq qətldə iştirak ehtimalı olan daha bir nəfərin şəxsiyyətini müəyyən edib.

Məlumata görə, cinayəti törədənlərlə əlaqədə olan şəxs “Ruslik” adlanır. Ehtimal edilir ki, o, cinayətkarı silah və avtomobillə təmin etməklə yanaşı, 5 milyon rubl pul da vəd verib. Bildirilir ki, belə olan halda o, nəinki cinayəti təşkil edən, hətta sifarişçi də ola bilər.

İstintaq hələ ki, cinayətdə bu şəxsin iştirakını təsdiq edəcək kifayət qədər sübut olmadığından onun barəsində axtarış elan etməyib. Hələlik bu şəxsin barəsində yalnız Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev danışıb.

Xatırladaq ki, B.Nemtsov Moskvanın mərkəzində bu il fevralın 27-si axşam qətlə yetirilib.(Trend)

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın